Körpələr və 5 yaşına kimi uşaqlar üçün D vitamini ayrı bir əhəmiyyət daşıyır. Vitamin qanda mineralların, kalsiumun, fosforun səviyyəsini artırır və onların sümük toxumalarına ötürülməsini təmin edir. Bu vitaminin çatışmazlığı isə uşaqlarda raxit xəstəliyinin yaranmasına səbəb olur.
Raxiti əmələ gətirən səbəb
Həkim-pediatr Nigar Cəfərova deyir ki, raxit xəstəliyinin əmələ gəlməsində əsas etiol amil südəmər uşağın D vitamininə olan gündəlik tələbatının ödənilməməsidir. Bu tələbat uşağın yaşından, qulluqdan, qidalanma növündən, günəş şüalarından, mövsümdən, iqlimdən asılı olaraq müxtəlif olur. Yaxşı inkişaf edən, ana südü ilə qidalanan, düzgün qulluq olunan uşaqların D vitamininə tələbatı gündəlik olaraq 100-400, yarımçıq doğulmuşların 800-2000 BV, süni qidalananlarınkı isə 1000 BV-dir. Ancaq tez-tez xəstələnən, tez boy atan, müxtəlif mədə-bağırsaq pozğunluqları olan, tünd dərili uşaqların D vitamininə olan tələbatı çoxdur:
"Raxitin patologiyasını bilmək üçün birinci növbədə orqanizmdə D vitamini mübadiləsini bilmək lazımdır. D vitamini orqanizmə iki yolla daxil olur: ultrabənövşəyi şüaların təsirindən əmələ gələn endogen D3 provitamini; qida ilə daxil olan D2 və ya D3 vitamini. Bu vitaminlər nazik bağırsaqda öd turşusu ilə birləşərək orqanizmə sorulur. İstər qida ilə daxil olan, istərsə də sintez olunan provitaminlərin yarımparçalanma müddəti 1 sutkadır. Bu vitaminlər vitamin D-ni birləşdirən qlobulin vasitəsilə qaraciyərə daşınır".
Uşaqları Günəşdən gizlətməyin
Həkimin sözlərinə görə, D vitamininin diş və sümüklərin inkişafında rolu çox böyükdür. Bu vitamin sümükləri qüvvətləndirir və möhkəmləndirir, normal böyüməsini, minerallaşmasını təmin edir. D vitamini orqanizmə günəş şüaları vasitəsilə də daxil olur. Bu vitamin dəridə günəş şüaları təsiri altında provitaminlərdən əmələ gəlir. Günəş şüasının defisiti, məlum olduğu kimi, endogen D vitamininin 90 faizi dəridə sintez olur. Bunun üçün dalğa uzunluğu 290-315 nm olan ultrabənövşəyi şüaların dəriyə çatması lazımdır. 1,5 yaşlı uşağın əllərinə və sifətinə 1-2 saatlıq günəş şüasının toxunması nəticəsində əmələ gələn D vitamini bir həftəyə kifayət edir. D vitamini həmçinin pendir, yumurta, kərə yağı, süd və digər ağartı məhsulları, qaraciyər, balıq, balıq yağında da mövcuddur: "Bu səbəbdən də uşaqlara sözügedən qidalardan vermək məsləhətdir".
Raxit adətən payızda və qışda başlayır
Pediatr bildirib ki, raxit xəstəliyinin klinikasında uşağın yaşı, prosesin mərhələsi, gedişi, ağırlıq dərəcəsi xüsusi rol oynayır. Raxit adətən payızda və qışda başlayır, kəskinləşir, yayın axırı isə sağalma baş verir. Raxitin başlanğıc mərhələsi adətən uşağın 3-4 ayında büruzə verir. Xəstəlik yarımçıq doğulanlarda hətta bir aylığından özünü göstərməyə başlayır:
"Xəstəliyin başlanğıc mərhələsində uşağın əhvalı dəyişir, narahatlıq, oyanıqlıq artır, o, uca səsə, qəfləti yanan işığa səksənir. Yuxusu pozulur, gərginləşir. Tərləmə güclənir. Bu, xüsusilə uşaq ağlayarkən, yeni yuxuya gedən zaman daha çox müşahidə edilir. Tər turşumuş iy verir, dərini qıcıqlandırır, qaşınmaya səbəb olur. Uşaq başını balışa sürtür, ənsədə tüklər tökülür, bişməcə əmələ gəlir. Başlanğıc mərhələdə iki həftədən 2-3 aya qədər davam edə bilər. Adətən isə 1 həftə yarımdan 1 aya qədər davam edir və müalicə olunmazsa, kəskinləşmə mərhələsinə keçir".
Skeletin inanılmaz dəyişiklikləri
N.Cəfərova bildirib ki, kəskinləşmə mərhələsi zamanı sinir-əzələ dəyişiklikləri dərinləşir, uşaq süstləşir, az hərəkətli olur. Fiziki və psixomotor inkişafdan geri qalmağa başlayır. Çox tərləmə, zəiflik, tez yorulma baş verir. Skeletdə, xüsusilə sümüklərin inkişaf nahiyəsində, dəyişikliklər müşahidə olunur. Böyük əmgəyin kənarları yumşalır. Alın və gicgah qabarları əmələ gəlir. Bəzən ağır hallarda yumşalma o qədər artır ki, beyin əsası çökür. Diş gec və anormal çıxır. Müalicə aparılmazsa, xəstəlik ağırlaşır və çənə qüsurları meydana çıxır. Bu halda əmgək sümüyü 2 tərəfə batır. Aşağı çənə pis inkişaf edir, dişləmə dərinləşir. Üst damaq hündürləşir, burun çəpəri əyilir, dişlərdə kariyesə meyllilik əmələ gəlir. Döş qəfəsinin deformasiyası müxtəlif variantlarda olur. Döş qəfəsi yandan sıxılır, aşağıdan genəlir, yuxarıdan daralır və körpücük sümüyü, ağır hallarda onurğa sütunu əyilir. Kifoz, skolioz inkişaf edir.
"Qurbağa qarnı" varsa...
Həkim-pediatrın dediyinə görə, ağır hallarda yastı pəncəlilik inkişaf edir. Çanaq sümüyünün deformasiyası, onun yastılaşma və daralması müşahidə olunur. Kəskinləşmə mərhələsində əzələ zəifləyir, boşalır. Oynaqlar laxlayır və sallanır. Bu xəstələr asanlıqla ayaqlarını boyunlarına keçirə bilirlər. Qarın əzələlərinin zəifləməsi nəticəsində "qurbağa qarnı" vəziyyəti yaranır. Statik və lokomotor funksiyalar zəifləyir, uşaq başını qaldıra bilmir. Onu qaldırmaq istədikdə qışqırır. Raxitin ağır dərəcəsində qaraciyər, mədə-bağırsaq sistemində funksiya dəyişiklikləri, zülal, B6, B1, A, B, C vitamininin çatışmazlığı müşahidə olunur.
Qaraciyər, dalaq böyüyür
N.Cəfərova qeyd edib ki, sağalma mərhələsində xəstənin ümumi vəziyyəti yaxşılaşır, nevroloji və vegetativ dəyişikliklər azalır, statik funksiyalar normallaşır, yeni şərti reflekslər formalaşır. Lakin əzələ hipotoniyası və sümük deformasiyaları uzun müddət qalır. Qanın biokimyəvi göstəriciləri normal və ya normaya yaxın olur. Biokimyəvi göstəricilərin normallaşması xəstəliyin fəal fazadan passiv fazaya keçdiyini göstərir. Qalıq əlamətlərin dövrü 2-3 yaşda qeyd olunur, sümüklərin deformasiyası, qaraciyərin, dalağın böyüməsi, anemiya qalmaqda davam edir. Qalıq əlamətlərin dövrü yalnız 2-ci, 3-cü dərəcəli raxitdə müşahidə edilir: "Raxitin ağırlıq dərəcələri sinir-əzələ əlamətləri və minimal sümükləşmə pozğunluqlarının inkişaf nöqtəsində osteoid toxumasının əmələ gəlməsi ilə xarakterizə olunur".
Xörəyin içində
Pediatr vurğulayıb ki, raxit xəstəliyi vaxtında müalicə olunmadığı təqdirdə uşaq orqanizmi üçün ağır fəsadlar verə bilər: "Xəstəliyin başlanğıc mərhələsində D vitamini gündə 3000-8000 BV hesabı ilə 4 000 000 - 600 000 BV kurs dozasına qədər verilir. Şiddətlənmə mərhələsində dozanın miqdarını artırmaq lazımdır. D vitamini preparatı südlə, sıyıqla qarışdırılaraq uşağa yemək zamanı verilir. Müalicə zamanı D vitamini ilə müalicə zamanı təbii qidalanan uşaqlara profilaktika məqsədi ilə 1-1,5 ay müddətinə Ca preparatı verilməlidir. İnək südü ilə qidalanan uşaqlara Ca preparatının verilməsinə ehtiyac yoxdur. Çünki inək südündə Ca çoxdur.
Bundan əlavə, asidozun qarşısını almaq məqsədilə spesifik müalicənin təsirini gücləndirmək, sümükləşmənin qarşısını almaq üçün C, B1, B6, vitamini, sitrat qarışığı 1 ay müddətinə verilməlidir. Sağalma mərhələsində müalicə ilə yanaşı, gimnastikanın, masajın böyük əhəmiyyəti var. Əzələlərin tonusu çox aşağı olsa, stimullaşdırmaq məqsədilə 10 gün müddətinə prozerin məhlulu verilməlidir. Xəstəliyin baş mərhələsində və yarımkəskin gedişində ümumi ultrabənövşəyi şualanma terapiyası təyin olunur. D vitamini təyin olunubsa, eyni zamanda ultrabənövşəyi şüalanmadan istifadə etmək məqsədəuyğun deyil".
Zəhra
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Vitamin çatışmazlığından törəyən xəstəlik
27 Avqust 2012 02:00
14 Şərh
Baxış: 39 560

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: real addımlar sabaha saxlanılsın
-
Nişanda qayınananın gəlinə hərəkəti GÜNDƏM OLDU - VİDEO
-
"Xəyanətə görə 25 il türmədə yatmaq istəyirsənsə..." - VİDEO
-
Toyda qayınata gəlini qucağına aldı - TƏNQİD OLUNDU - VİDEO
-
Ərindən ayrılan qadının sevinci gündəm oldu - VİDEO
-
Kirayə ev bazarında qıtlıq və bahalaşma
XƏBƏR LENTİ
-
Bermud üçbucağının sirri açıldı - Dəniz canavarları, yadplanetlilər və...
-
Azərbaycanda çaqqallar kəndə hücum etdi: yaralananlar var
-
Meşədə meyiti tapılan tələbənin qətli ilə bağlı yeni təfərrüatlar - FOTOlar
-
Bu 4 bürcü xüsusi bir gün gözləyir: Sürprizlər və aydınlıqlar zamanı
-
DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək
-
Şəhərin mərkəzində açıq-saçıq geynən qıza görə dava düşdü - VİDEO
-
Uşaqlar çimərlikdən qaçır - dənizanası sancmaları artdı - FOTO
-
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
-
Türkiyə bu tarixlərdə "qovrulacaq" - Azərbaycanda da 55° isti gözlənilirmi?
-
Diş fırçasını islatmaq olmaz – Həkimlərdən xəbərdarlıq
-
Qarabağ Universitetində oxumaq istəyənlərin nəzərinə!
-
Gündə nə qədər çərəz yemək olar?
-
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi - FOTO
-
Noxud ağciyərlərə inanılmaz FAYDASI
-
Ronaldonun sevgilisi çimərlik geyimi ilə "nəfəs kəsdi", brilliantı isə... - FOTOlar
-
Sağlamlıq üçün nektarin yeyilməlidir
-
Günəş altında yanmamağın ən effektiv yolu
-
Putin niyə Alyaskanı seçdi?
-
Günün qoroskopu: real addımlar sabaha saxlanılsın
-
İlham Əliyev Paşinyandan niyə qələmi götürməsini istədi? - Jestin tarixçəsi
-
Əməliyyatdan çıxanlara nə yemək olar?
-
Çində magistrı yenicə bitirib qayıtmışdı - Qəzada öldü - FOTO
-
Bu məhsulları soyuducuda saxlamaq olmaz
-
Natanyahu Azərbaycan xalqını təbrik edib