Cəmiyyət

Kəndi bir-birinə qatan tiktoker Qərənfil Seymurla evli olubmuş.. - FOTO

16 Oktyabr 2025 11:10
Baxış: 1 306
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son günlər İsmayıllının Qalınçaq kənd sakinlərinin sosial şəbəkədə bir-birlərinin ünvanlarına səsləndirdikləri qeyri-etik fikirlər və iddialar gündəm olub.

Qərənfil adlı qadın bir qrup həmkəndlisinin onu məqsədli şəkildə narahat etdiyini, verdiyi pulları ala bilmədiyini, evindən və həyətindən oğurluq edildiyini deyib. O həmin şəxslərin narkotik vasitə istifadə etdiyini də iddia edib.

Onun danışıq tərzi, eləcə də səsləndirdiyi fikirlər bir çox sosial şəbəkə istifadəçiləri tərəfindən hazırlanan məzəli videoların mövzusuna çevrilib.

Məsələdə adı hallandırılan kənd sakinlərindən biri - Seymur Kərimov isə daha sonra video paylaşaraq barəsində deyilənlərin həqiqətə uyğun olmadığını söyləyib.

Həmçinin DİN-in Mətbuat xidmətinin Şəki Regional Bölməsindən "Qafqazinfo"ya bildirilib ki, iddialar təsdiqini tapmayıb

Mövzu ilə bağlı APA TV həmin kənddən reportaj hazırlayıb. Məlum olub ki, 2021-ci ildə Qərənfil Osmanova Seymur Kərimovla ailə həyatı qurub və onlar qadının evində birgə yaşayıblar. Lakin bir qədər sonra münasibətləri pozulub və Qərənfil məlum videoları paylaşıb. O, müsahibəsində deyib ki, birgə yaşamağa başladıqları vaxtdan etibarən Seymur ona məxsus evdən oğurluq etməyə başlayıb.

S.Kərimov və qardaşı Elnur isə iddiaları təkzib ediblər. Onlar toyuq və ördəklərin Qərənfilin özü tərəfindən pay kimi verildiyini söyləyiblər.

Qalınçaq sakinləri isə baş verənlərdən utandıqlarını, kəndlərinin belə söz-söhbətlərlə məşhurlaşmasından məmnun olmadıqlarını deyiblər. Onların bəziləri Kərimovlar ailəsini sakit, bəziləri isə müalicəyə ehtiyacı olan şəxslər kimi səciyyələndiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.