Cəmiyyət

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlandı

10 İyul 2025 10:29
Baxış: 570
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025-ci il ərzində valideyn himayəsindən məhrum olan və dövlətin qayğısı ilə əhatə olunan uşaqların övladlığa verilməsi istiqamətində mühüm addımlar atılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilir ki, 37-si oğlan, 34-ü qız olmaqla, ümumilikdə 71 uşaq övladlığa verilib.

"Onlardan 5 nəfəri Agentliyin tabeliyində olan müəssisələrdə yaşayan uşaqlardır", - qurumdan qeyd olunub.

Qeyd edək ki, 2024-cü ildə 165 uşaq övladlığa verilib. 216 uşaq reinteqrasiya tədbirləri nəticəsində müəssisələrdən öz ailələrinə geri qaytarılıb. Eyni zamanda 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə 271 uşaq müəssisəyə yerləşdirilib, 38 uşaq 18 yaşı tamam olduğuna görə müəssisəni tərk edib, 182 uşaq ailə himayəsində saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.