REAL Partiyası Mehman Cəfərovun bu gün vəfat etdiyi ilə bağlı paylaşım edib: "Dərin hüznlə bildiririk ki, REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərlinin atası Mehman Cəfərov bu gün vəfat edib".
---------------
2025.07.07
Natiq Cəfərli Anews.az-a bildirib ki, ölümlə bağlı yayılan xəbər yalandır: "Atam komada vəziyyətindədir, amma ölməyib. Sadəcə vəziyyəti çox ağırdır".
Qeyd edək ki, N.Cəfərli ötən gün paylaşım edərək atasının vəziyyətinin ağır olduğunu bildirmişdi.
-------
11:49
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərliyə ağır itki üz verib.
Milli.Az Operativ Media-ya istinadən xəbər verir ki, siyasətçinin atası Gürcüstanda yerləşdirildiyi xəstəxanada vəfat edib.
Qeyd edək ki, N.Cəfərli ötən gün paylaşım edərək atasının vəziyyətinin ağır olduğunu bildirmişdi.
Milli.Az