Cəmiyyət

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibəti ilə konsert olub - FOTO

16 İyun 2025 00:48
Baxış: 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun - Milli Qurtuluş Günündə konsert proqramı təqdim edilib.

Milli.Az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında keçirilən konsertdə tanınmış müğənnilər, musiqi və rəqs kollektivləri çıxış edib.

İki saata yaxın davam edən tədbir boyunca Azərbaycana, dogma Qarabağa həsr olunan mahnılar, Vətənimizi vəsf edən musiqilər səslənib.

Mərkəzin parkında konserti izləyən yüzlərlə tamaçası mahnıları müğənnilərlə birlikdə ifa edib, bu bayram gününü yüksək əhvali-ruhiyyə ilə keçirmək imkanı qazanıblar.

Eləcə də Heydər Əliyev Mərkəzinin binası bayram münasibətilə Azərbaycan bayrağı ilə işıqlandırılıb.

 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.