Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimatı oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 16-da Azərbaycan Dövlət Milli İncəsənət Universitetində yazıçı publisist Günel Anarqızının "Sərhədsiz səma" kitabının təqdimatı və universitetin müəllim və tələbə heyəti ilə görüşü keçirildi.
Açılış nitqi ilə Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva çıxış etdi.
O, Günel Anarqızının yaradıcılığı, ictimayi fəaliyyəti və yeni kitabı haqqında məlumat verdi. Sonra Ədəbiyyat və dillər kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Həsənova söz alıb yazıçının yeni kitabında yer alan əsərlərin tələbələr arasında maraqla qarşılandığı və həvəslə hazırlandığı haqqında danışdı. Daha sonra "Sərhədsiz səma" kitabında yer alan əsərlər əsasında ədəbi-bədii kompozisiya aktrisa Günel Həsənovanın ifasında nümayiş olundu.
Tədbirdə həmçinin tələbələr Şəhla Sadıqova və Zəhra Abdulqədirova Günel Anarqızının "Şuşaya məktub", Lalə Cəlili "Əsgərə məktub", Əliağa Tapdıqlı və Firuzə İsmayıl "Bayrağa ithaf", Nihad Kərimov, Aişə Şirinova və İlahə Şirbidova "16 səbəb" hekayələrini səsləndirdilər. Tədbiri "Şuşanın dağları", "Xudayar təsnifi" ilə tələbələr Fərid Əzizli, Nihad Quliyev və Nigar Əlizadə məharətli ifaları ilə rəngləndirdilər.
Sonda yazıçı Günel Anarqızı tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi, müəllim və tələbələrin suallarına cavab verdi və kitablarını imzaladı.
Yekunda müəllif cənab Prezident İlham Əliyevə sənət adamları üçün yaratdığı əlverişli şəraitə və göstərdiyi diqqətə görə dərin təşəkkürünü bildirdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib
-
Kamçatkada 5 zəlzələ baş verdi
-
Rəşad Məcidə ağır itki





