Sığınacaqda uşaqlar virusa necə yoluxub? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında 8 uşağa virus yoluxub.
Milli.Az xəbər verir ki, hazırda üç uşaq xəstəxanada, beş uşaq isə həkimlərin yazdığı təyinatlar əsasında sığınacaqda müalicə alırlar.
Sığınacağın rəhbəri Kəmalə Ağazadə bildirib ki, virus uşaqlara bayram günü sığınacağa yeni gətirilən digər uşaqlardan keçib.
"İlkin lazimi tədbirləri gördük. Amma gördük ki, virus digər uşaqlara da yayıldı. Bu baxımdan onların arasından ağırlaşan uşaqları Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına yerləşdirildi. Rotavirusdur. Ürəkbulanma, qusma, yüksək qızdırma ilə başlayır. Bəzi uşaqlarda burundan qanaxma, ishal halları da olub. Hazırda vəziyyətləri orta ağır qiymətləndirilir. Uşaqlar N.Nərimanov adına 1 nömrəli uşaq yoluxucu xəstəliklər xəstəxanasında müalicə alırlar. 14 uşaq sanatoriyadadır, 24 uşağın isə yoluxma təhlükəsi var", - deyə K.Ağazadə bildirib.
TƏBİB-dən isə bildirildi ki, Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına hospitalizasiya olunan uşaqların vəziyyətləri stabildir.
"Mövsümi xarakter daşıyan yuxarı tənəffüs yollarının kəskin xəstəlikləri səbəbilə iki uşaq hospitalizasiya olunub. Martın 31-də yerləşdirilən 2019-cu il təvəllüdlü şəxsə (qadın cinsli) və aprelin 1-də yerləşdirilən 2021-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu təyin edilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda vurğulanır.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kartof bahalaşacaq?
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
Yasamalda məktəbdə şagird faciəvi şəkildə öldü - Detallar - (Yenilənib)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
“Fənərbağça”dan ayrılan baş məşqçi qəza törətdi
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü





