Cəmiyyət

Bu gün 3-cü Qədr gecəsidir

22 Mart 2025 11:52
Baxış: 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gecə Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.

Milli.Az xatırladır ki, Qurani-Kərim 23 il müddətində Məhəmməd peyğəmbərə hissə-hissə Qədr gecəsində isə tam şəkildə nazil olub. Müqəddəs kitabda konkret bir tarix olmadığı üçün möminlər onu Ramazan ayının son on gününün tək gecələrindən birində (Ramazan ayının 21, 23, 25, 27 və ya 29-cu günü) qeyd edirlər.

Bu gecədə dua etmək, edilən günahlar üçün Uca Yaradandan bağışlanma diləmək və Quran oxumaq adətdir.

Qeyd edək ki, sonuncu Qədr gecəsi martın 26-da olacaq.

Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.