Cəmiyyət

Türkmənistanın baş müftisi Azərbaycan Səfirliyinin təşkil etdiyi iftar mərasimində iştirak edib - FOTOlar

7 Mart 2025 10:56
Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabaddakı "Yıldız" mehmanxanasında müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib.

Trend xəbər verir ki,bu barədə Səfirlik məlumat yayıb.

Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov qonaqları salamlayıb, Ramazan ayının gəlişi münasibətilə iştirakçıları təbrik edib. Bu müqəddəs ayın islam dünyasında həmrəyliyin, xeyirxahlığın və mərhəmətin təcəssümü olduğunu vurğulayıb. Səfir, Azərbaycanın İslam dəyərlərinə və həmrəyliyinə böyük önəm və töhfə verən əsas ölkələrdən biri olduğunu vurğulayıb. Habelə, dini tolerantlığın ölkəmizdə həyat tərzi olduğunu diqqətə çatdırıb. Həmçinin, iftar süfrəsinin həmrəyliyi və İslam dəyərlərinin ucalığını bir daha nümayiş etdirmək, dostluq və əməkdaşlığı təşviq etmək olduğunu bildirib.

İftar mərasimində Türkmənistanın baş müftisi Yalkab Xocaquliyev, eləcə də ölkədə akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri və onların ailə üzvləri iştirak edib. Baş müfti Yalkab Xocaquliyev mərasimdə müqəddəs Ramazan ayının əhəmiyyətinə dair dualar oxuyub.

İftar süfrəsində Azərbaycan milii mətbəxinin ənənəvi yemək və şirniyyatları təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.