Cəmiyyət

Qusarda ağır yol qəzası-2 nəfər ölüb, 2 nəfər yaralanıb

31 May 2010 09:23
Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünən saat 12.00 radələrində Qusar rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qusar-Alacıq yolunun 8-ci km-liyində, rayonun Bədirqala kəndi ərazisində baş verib.

Qusar RPŞ-nin baş müstəntiqi Məhəmməd İbrahimovin ANS PRESS-ə verdiyi məlumata görə, Xaçmaz rayonunun Seyidlər kənd sakini, 39 yaşlı Əliyev Yaşar Polad oğlunun idarə etdiyi "Daewoo" markalı avtomobil Qusardan Xudat istiqamətində idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Baş vermiş yol qəzası nəticəsində avtomobildə olan sərnişinlər - Xaçmaz rayonu Seyidlər kənd sakini, 1985-ci il təvəllüdlü Həsən Hacıbala oğlu Əliyev və onun həyat yoldaşı 1987-ci ilə təvəllüdlü Esmira Muradxan qızı Əliyeva xəstəxanaya aparılarkən yolda keçinib. Maşında olan digər sərnişin, 2009-cu il təvəllüdlü Əliyeva Ləman Həsən qızı və atomobilin sürücüsü isə xəsarətlər alıb.

Faktla bağlı Qusar RPŞ-də 263.2 maddəsi ilə cinayət işi açılıb. Qəzaya səbəb kimi ilkin versiya olaraq yavanın yağışlı olması göstərilir.

/ANS PRESS/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.