Cəmiyyət

Nikaha görə tibbi müayinədə neçə nəfərdə xəstəlik aşkarlandı?

14 Fevral 2025 19:02
Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Azərbaycanda nikaha daxil olmaq üçün ümumilikdə 111 min 913 vətəndaş qan analizi verib.

Milli.Az   bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Qan Bankından məlumat verilib.

Qeyd olunub ki, onlardan 35-ində HİV ½(QİÇS) infeksiyası, 982-də isə sifilis infeksiyası aşkarlanıb.

Bundan başqa, Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə, cütlüklərdən yalnız birində aşkar edilən talassemiya daşıyıcılığı 4 min 357 nəfərdə, hər ikisi daşıyıcı olan cütlük isə 50 nəfər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.