Ötən il Azərbaycanda nikaha daxil olmaq üçün ümumilikdə 111 min 913 vətəndaş qan analizi verib.
Milli.Az bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Qan Bankından məlumat verilib.
Qeyd olunub ki, onlardan 35-ində HİV ½(QİÇS) infeksiyası, 982-də isə sifilis infeksiyası aşkarlanıb.
Bundan başqa, Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə, cütlüklərdən yalnız birində aşkar edilən talassemiya daşıyıcılığı 4 min 357 nəfərdə, hər ikisi daşıyıcı olan cütlük isə 50 nəfər olub.
Milli.Az