Milli.Az xəbər verir ki, haram qəbul olunan qidalardan söz açan Tahir Əmiraslanov bildirib ki, donuz ətinə münasibət bütün dinlərdə eynidir:
"Ekstrasenslər heç vaxt spirtli içki qəbul etmirlər. Bədəndən spirtin təsiri 40 gündə təmizlənir. Donuz əti də qadağandır, hətta xristianlıqda da. Donuz ətinin informasiya tutumu insan ətinin informasiyası ilə eynidir. Yalnız o heyvanın bətnində insan hüceyrəsi yetişir. Həmin əti yeyəndə bədən əziyyət çəkir". Bütün dinlərdə oruc ibadətinin olduğunu söyləyən baş kulinar bildirib ki, müsəlman orucu aclıq deyil, sadəcə qida qəbulu zamanının dəyişməsidir. "Yemək isti havada yox, sərində yeyilməlidir. Çünki mədənin özündə də istilik var, onun temperaturu 40 dərəcəni aşır. 38 min pəhriz sistemi yaranıb ki, bunlar da yanlışdır. Pəhriz bir adama xeyir edəndə, digərinə müsbət təsir etməyə bilər. İnsan bədəninin sağlamlıq xəritəsi olmasa, bunu demək olmaz", - T.Əmiraslanov əlavə edib.
Qeyd edək ki, bu qadağaların əsas məqsədi İslamın insanları sağlam, təmiz və mənəvi baxımdan düzgün bir həyat sürməyə təşviq etməsidir. Qadağalar təkcə fiziki sağlamlığı deyil, həm də ruhi və sosial harmoniya və nizamı qorumağa xidmət edir.
Asya
Milli.Az





