Cəmiyyət

Fəhləliyə qol çəkdi, müdir oldu - 1 milyon vergi borcu yarandı

29 Yanvar 2025 12:35
Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İş axtarışı üçün paytaxta üz tutan Bərdə sakini dələduzluğun qurbanına çevrilib. Dostu sayəsində meyvə şirkətinə işə düzəlmək istəyən gənc işə qəbul üçün bir neçə sənədlərə imza atıb.Daha sonra külli miqdarda vergi borcu olduğunu öyrənib. 

O, Bakıdakı işi alınmayandan sonra Bərdəyə qayıdıb orda başa şirkətə işə düzəlməyə çalışanda ona 2 şirkət sahibi olduğunu deyiblər. Məsələdən xəbərdar olan şəxs Bakıya qayıdaraq Asan Xidmətdə etibarnaməni ləğv edib. Elə bu məsələdən sonra Məhərrəm adında şəxs ona zəng edərək pul təklif edib. Növbəti gün yenidən əlaqə saxlayaraq onu təhdid edib, daha sonra isə nömrəsin dəyişib. Bu hadisə nəticəsində həmin Bərdə sakinin 1 milyon manat vergi borcu yaranıb. 

Bəs bu halda aldadılmış şəxs özünü necə sübut edə bilər? 

Məsələ ilə bağlı hüquqşünas Anar Qasımlı bildirib ki, dələduzluq qurbanı olan şəxs əgər onu aldadan şəxsi tanıyırsa, bu zaman Dövlət Vergi Xidmətinə müraciət etməlidir. Amma həmin şəxsi tanımırsa məsuliyyət qalır onun öz üzərinə.

Qeyd edək ki, şirkət rəhbərinin kimliyi məlumdursa, vergi borcu 50 min manatdan çoxdursa, onun əmlakı müsadirə edilir, ölkədən çıxmağı qadağan edilir və bir çox cinayət işi açıla bilər. Hazırda məsələ ilə bağlı DİN araşdırma edir.

Aysel Əkbər
Milli.Az 


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory