Cəmiyyət

Bu universitetin tələbələri diplomlarını ala bilmirlər

28 Yanvar 2025 14:47
Baxış: 2 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisad Universitetinin Dərbənd filialının 2023-2024 tədris ili üzrə məzunları diplomlarını ala bilmirlər.

Milli.Az xəbər verir ki, onlar universitetə dəfələrlə müraciət etsələr də, nəticə olmadığını deyirlər.

"Diplom vermədiklərinə görə il yarımdır ki, işsiz qalmışam. Diplomdan heç bir xəbər yoxdur. Təhsil Nazirliyinə müraciət etmişik. Bizə deyirlər ki, siz Dövlət İmtahan Mərkəzi yox, orada keçirilən müsabiqə vasitəsilə qəbul olunmusunuz", - şikayətçi Elnur Babayev deyib.

Məsələ ilə bağlı universitetdən bildirilib ki, Dərbənd filialının məzunlarına diplomların təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi məktub ünvanlanıb. Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, həmin universitetdə bu problem artıq 2 ildir ki var.

"Problemin əsasında qeydiyyat prosesinin gecikməsi ilə bağlıdır. Bu prosesdə Azərbaycan tərəfi şübhələr yaşayır, ona görə də bu proses bir az gecikir. Bu gecikmə hüquqi prosesdir, tələbələrin həmin ərazidə olub-olmaması, kreditlərlə bağlı, qeydiyyatla bağlı bütün bunların hamısına görə belə gecikmələr olur". 

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.