Bakıda narkomanların yeni məskəni - QURUMLARDAN AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya şöhrətli musiqiçilər Leopold və Mstislav Rostropoviçlərin ev muzeyinin yerləşdiyi binada qanunsuz olaraq söküntü işləri aparılıb.
Binada yaşayanların bir çoxu evlərini sataraq başqa yerə köçüblər. Daha sonra mülkiyyətçi tərəfindən bu binada qanunsuz söküntü işlərinə başlanılıb. Hal-hazırda sakinlər bu vəziyyətdə qorxu içində yaşamağa davam edirlər.
"Buranı park edəcəklər deyirlər, amma binanı tamamilə sökərək hər şeyi açıq qoyublar. İndi küçənin iti, pişiyi və narkomanları buradadır", - deyə bina sakinlərindən biri şikayətlənib.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Yasamal rayonu, Rostropoviçlər, 19 ünvanında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib və sözügedən ünvanda yerləşən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsində qanunsuz söküntü işlərinin aparılması faktı aşkarlanıb.
Baş İdarə əməkdaşları tərəfindən qanunsuz görülən işlər bir müddət əvvəl dayandırılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara, həmçinin tarixi abidə olduğu nəzərə alınaraq Mədəniyyət Nazirliyinə məlumat verilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsindən isə bildirilib ki, yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar edilib.
Abidəyə baxış keçirilən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən olunub. Aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb. Aparılan qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub. Buna baxmayaraq, 19 yanvar tarixində qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib.
Fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb. Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
XƏBƏR LENTİ
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
-
Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
-
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
-
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - (Video)
-
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
-
Sabah Ağdaşda qaz olmayacaq
-
Xankəndidə MDB-nin antiinhisar məsələləri üzrə iclası keçirilib - (Foto)





