Ürək cərrahı ölümcül riskləri müəyyənləşdirən 5 dəqiqəlik ev testini açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərədə yaşayan ürək cərrahı Dr. Jeremy London evdə 5 dəqiqəlik sadə testlə ölümcül ürək xəstəliyini aşkar etməyin yolunu izah edib.
Milli.Az xəbər verir ki, Dr. London sosial şəbəkədə izləyicisinin "Qan testi, rentgen və ya EKG olmadan ürək damarlarında tıxanıqlıq olub-olmadığını necə bilə bilərik?" sualına cavab verərək sadə üsul paylaşıb. O, insanlara bədənlərinin siqnallarına diqqət yetirməyi və sadə testlə ürək xəstəliklərini erkən mərhələdə müəyyən etməyi tövsiyə edib.
Dr. Londonun təklif etdiyi metodda, əvvəlcə bir neçə dəqiqə ərzində fiziki fəaliyyətlə məşğul olmağınız və ürək döyüntüsünü artıracaq fəaliyyət etməyiniz lazımdır. Məsələn, intensiv idman və ya ev işi etmək ürəyin döyüntüsünü sürətləndirə bilər. Bu fəaliyyətlərdən sonra bir neçə dəqiqə istirahət etməyiniz və yaranan simptomların davam edib-etmədiyini müşahidə etməyiniz önəmlidir. Əgər məşq və ya fiziki fəaliyyət zamanı sinə ağrısı, sıxılma, nəfəs darlığı və ya qol ağrısı kimi simptomlar hiss edirsinizsə, amma dincəldikdən sonra bu ağrılar və narahatlıqlar sürətlə keçirsə, Dr. London bunun "qırmızı bayraq" olduğunu bildirir. Bu, ürək damarlarında tıxanıqlıq əlaməti ola bilər.
Dr. London bu cür simptomların altdakı qan damarlarının daralması səbəbindən qan axınının azalması və bəzi orqanların oksigensiz qalması nəticəsində yarandığını izah edir. Həmçinin, koronar ürək xəstəliyinin erkən əlamətlərindən biri olaraq sinə ağrısının hiss edilməsi qeyd olunur. Bu ağrı ümumiyyətlə 10 dəqiqə ərzində keçir, amma əgər 15 dəqiqədən çox davam edərsə, bu, ürək krizinin başlanğıcı ola bilər.
Dr. London bu simptomların vaxtında aşkar edilməsinin ürək xəstəliklərinin qarşısını almaq və həyat qurtarmaq üçün çox vacib olduğunu vurğulayır. O, 25 illik təcrübəyə malik ürək cərrahı olaraq, bədənin siqnallarına diqqət yetirmənin və bu sadə testin həyatını xilas edə biləcəyini qeyd edir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşhur türk serialı final edir - Tarix açıqlandı
-
Göyçayda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var
-
"Real" Tçuameni ilə bağlı qərarını verdi
-
İlk müsəlman senator: "Vəzifəmin icrasına Qurani-Kərimə and içərək başlayacağam"
-
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - (Foto)
-
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir - (Foto)
-
Elgiz: “Ağzım açılsa, pis olacaq, 16 min pul alırsınız”
-
Paytaxtın 9 küçəsində tıxac var
-
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib - (Foto)
-
Papaq taxıb həbsxanadan piyada çıxdı: məhkum hər yerdə axtarılır
-
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - (Foto)
-
Tarixin ilk veb-kamerası: Kembricdə qəhvə dəmliyinə görə quraşdırılan sistem
-
Bakıda dayandırılan tikinti yenidən aparılır? - (Video)
-
Sobada xırtıldayan kartofun sirri: yağ yerinə yumurta ağı
-
Ənənəvi hamam ayaqaltıları tarixə qovuşur - yeni texnologiya
-
“Məni yox, Əmrahı paylaşırlar” - İzzət Bağırov
-
Antibiotiklər neçə saatdan bir qəbul edilməlidir?
-
ABŞ və Avropada qiyamət hazırlığı: fövqəladə vəziyyət ləvazimatlarına tələbat 450 faiz artıb
-
Acun Ilıcalı nəvələri ilə - (Foto)
-
Laminat parket tarixə çevrilir - yeni alternativlər
-
Milli Qəhrəmanın oğlu qəzaya düşdü
-
İnstaqramda hekayələr üçün yeni funksiya
-
Türkiyə dünyada ilkə imza atdı: "Kızılelma" silahlanmaya daxil oldu
-
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib





