Cəmiyyət

"Card-to-Card" edənlər DİQQƏT: Rüsum çox tutula bilər

14 Yanvar 2025 15:00
Baxış: 1 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kartdan karta əməliyyatlar, pul köçürmələri və ödənişlərin həyata keçirilməsi zamanı istifadəçilərin qarşılaşdığı komissiyalar zaman-zaman yüksək ola bilir.

Milli.Az xəbər verir ki, bu komissiyanın məbləği bir neçə amildən asılıdır və əsasən xidmətin təmin edilməsi, təhlükəsizlik tədbirləri və əməliyyatın sürəti ilə əlaqəlidir. 

Kartdan karta əməliyyatlarda tutulan komissiyanın məbləği niyə çoxdur?  

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, kartdan karta əməliyyat bankların xidmətindədir:

"Banklar istədiyi həcimdə, limitdə, məbləğdə pullu və ya pulsuz etməkdə sərbəstdirlər. Kartdan karta əməliyyatlar müəyyən məbləğə qədər pulsuzdursa o demək deyil ki, bu xərcsiz prosesdir. Bu proseslər banka müəyyən xərclərə baha başa gəlir".

İqtisadçının sözlərinə görə, bankların kartdan karta müəyyən qədər pulsuz etməsinin səbəbi müştəri cəlb etməkdir: " Kartlardan digər əməliyyatlar zamanı banklar pul qazana bilirlər. Bu xidməti pulsuz təklif edən müştəri daha çox bankın kartından istifadə etməlidir. Amma bank ömürlük öhdəlik də götürmür ki, məsələn müəyyən məbləğə qədər həmişə pulsuz olacaq". 

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.