Cəmiyyət

Müğənni olmaq üçün falçıya 12 min manat verdi - VİDEO

13 Yanvar 2025 19:31
Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bir qadın müğənni olmaq üçün Natiq Qiyasov adlı falçıya 12 min manat verib.

Milli.Az xəbər verir ki, bu haqda "Xəzər xəbər" süjet yayımlayıb.

O bildirib ki, ruzi yollarını açmaq üçün falçı ondan külli miqdarda pul alıb:

"İşlərimdə çətinlik var idi. Bununla tanış olduq, başladı ki, bəxtin, ruzi yolların bağlıdır. 3 ay ərzində məni soydu. 12 min manat ona pul vermişəm. Həyatımdan heç nə dəyişmədi. Ceyran dərisinə guya nəsə yazırdı, verirdi ki, saxla. 5 aydan sonra düşündüm ki, verdiyini açım. Baxdım ki, burada ceyran dərisindən əlamət yoxdur". 

Natiq Qiyasov isə ilahiyyətçi olduğunu deyib və qadının iddialarını rədd edib. 

Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.