Yeni ilə görə satılan bu məhsulları alanlar da CƏRİMƏ OLUNACAQ AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni il ərəfəsində ənənəvi olaraq fişənglərdən və ya digər partlayıcı vasitələrdən istifadə ictimaiyyətdə narahatlıq yaradır.
Milli.Az xəbər verir ki, dövlət gömrük komitəsi bu cür vasitələrin ölkəyə gətirilməsinin qarşısını almaq məqsədi ilə mütəmadi məlumatlar yayır.
Bayram yaxınlaşdıqca belə vasitələrin səbəb olduğu bədbəxt hadisələrin xəbərlərin eşidirik.
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, pirotexniki vasitələrdən istifadə edərkən qaydalara mütləq əməl olunmalıdır. Hər istifadədən öncə istifadə təlimləri ilə tanış olmaq lazımdır.
Ekoloq Amin Məmmədov deyib ki, bu partlayışların ətraf mühitə də təsirləri var. Bununla bağlı risklər mövcuddur. Bu vasitələr sıxlıq olan ərazilərdə tez alışaraq qəfl yanğınlara səbəb ola bilər. Təbiətə təsirləri heyvanlardan da yan ötmür. Bu maddələr quşlar üçün də təhlükəli hesab edilir.
FHN-dən verilən məlumata görə, partlayıcıların və fişənglərin atılması nəticəsində onun qalıqlarının həyətlərə, avtomobillərə və digər ərazilərə düşdükdə isə yanğın baş verə bilər.
Bu gün bu maddələrin satışı ilə bir çox insanlar məşğul olur. Hətta ərazilərdə azmış kimi sosial şəbəkələrdə də satış həyata keçirilir.
Bəs satışı ilə məşğul olanları hansı cəza gözləyir?
İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, pirotexniki qurğulardan, yəni fişəng, partlayıcı və.s istifadə etməyə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur:
"Həmin məcəllənin 517.0.7-ci maddəsinə əsasən, partlayıcı maddələrin gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına görə - fiziki şəxslər 40 manatdan 80 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 350 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 yüz manatadək məbləğdə cərimə edilir.
Nəzərə almaq lazımdır ki, tezalışan maddələr və pirotexniki vasitələrdən istifadə bayram əhvali-ruhiyyəsinin, rahatlığın pozulması ilə nəticələnməklə yanaşı, insanların sağlamlığına və ətraf mühit üçün də ciddi təhlükədir. Xüsusilə də uşaqların əyləncə məqsədilə istifadə etdikləri bu vasitələr onlarda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına, müxtəlif dərəcəli yanıqlara yol aça bilir. Təbii ki, görmə və eşitmə qabiliyyətlərinin itirilməsi, ani partlayış səsi ilə yaranan qorxudan müxtəlif psixoloji travmaların alınması əgər bu digər şəxsin təqsiri ucbatından baş vermişdirsə inzibati və cinayət məsuliyyətinə səbəb olur. Odur ki, bununla bağlı cəmiyyətdə daimi olaraq maarifləndirici işlər aparılmalı, əyləncədən çox sağlamlıq üçün ciddi təhlükə olduğu izah ediməlidir. Pirotexniki vasitələrdən istifadə başqalarının sağlamlığına və hüquqlarına ziyan vurmadığı və milli adət-ənənələrimizin ruhuna uyğun istifadə edildikdə isə məsuliyyət yaratmır. Məsələn, dənizdəki gəmilərdən saat 00:00-da fişənglərin atılmasını misal göstərə bilərik".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Yenidən sədr və müavin oldular
-
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - (Foto)
-
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - (Foto)
-
Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edilib
XƏBƏR LENTİ
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
-
U-15 dünya çempionatı: İspaniya çempion olub
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Sergey Lavrovun təyyarəsi 20 saatdan çox havada qaldı
-
Yenidən sədr və müavin oldular
-
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - (Foto)
-
Azərbaycanın beynelxalq mövqeyi: müharibədən sülhə, regional gücdən qlobal nüfuza
-
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
-
Ramiz Mehdiyevlə bağlı bu qərar təsdiqləndi
-
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - (Foto)
-
Ərdoğan Bayramovu qəbul etdi
-
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)
-
Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edilib
-
Hörmüz boğazında iki tankerdə yanğın baş verdi
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
-
Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov
-
Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif edib
-
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
-
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub - (Yenilənib)





