ABŞ-də yaşayan Azərbaycanlı jurnalisti ölümlə hədələdilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanı ölümlə təhdid edirlər.
Milli.Az xəbər verir ki, bu barədə o özü məlumat verib.
Həmin məlumatı təqdim edirik:
"Azərbaycanın Hüquq Mühafizə Orqanlarının Nəzərinə "Rezidenturasız cərrahlar" kimi fəaliyyət göstərən bəzi şəxslərin məni susdurmaq üçün etdiyi təhdidlərdən yalnız bir nümunəni diqqətinizə çatdırıram. Hacker hücumlarını maliyyələşdirənlər arasında LBC klinikasının rezidenturasız cərrahı Natəvan Əmirova, eyni klinikadan adı siyahıda keçən daha 4 nəfər var və eyni zamanda Könül Ağamirova, Ülviyyə Ağazadə, Badam klinikasından Səkinə Xudiyeva, Vüsal Abdullayev və bu klinikada makler kimi fəaliyyət göstərən həkim Pərviz Əhmədov, eləcə də saxta yolla plastik cərrah olmuş Sevinç Heydərova var. Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər.Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar. Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər. Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər. Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım. Məqsədləri aydındır, həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq. İnstagram hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq, vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm.Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər.Onların və adları çəkilən klinikaların fəaliyyəti cəmiyyətin sağlamlığı üçün ciddi təhlükədir. Aldatdıqları insanlardan topladıqları pulları troll ordusu, saxta hesablar və hətta hacker hücumlarına yönəldirlər.Hüquq mühafizə orqanlarını və bütün aidiyyəti qurumları bu vəziyyətə müdaxilə etməyə çağırıram. Xalqın sağlamlığını təhlükəyə atan, təhdid və təzyiqlərlə həqiqətləri gizlətməyə çalışan bu şəxslərə qarşı tədbirlər görülməsi zəruridir".
Qeyd edək ki, jurnalist Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyi üçün "Instagram" hesabına hücum olub. Bu səbəbdən paylaşımlarını müvəqqəti olaraq "Facebook" üzərindən edəcək.
Aysel Əkbər
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Polşa mətbuatı Transxəzər fiber-optik kabel layihəsindən yazdı
-
"Sabah" - "Borussiya" oyununa satılan biletlərin sayı açıqlandı
-
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
DİN məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi
-
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
XƏBƏR LENTİ
-
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
-
Ebru Gündeş yenə cərrah bıçağı altına yatdı - Yeni görünüşü - (Foto)
-
Şikayətçini və çəkliş qrupunu təhqir edən rəis işdən çıxarıldı (Video)
-
Madrid klubu Serxio Ramosa "elçi düşdü"
-
Polşa mətbuatı Transxəzər fiber-optik kabel layihəsindən yazdı
-
"Sabah" - "Borussiya" oyununa satılan biletlərin sayı açıqlandı
-
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
-
Azərbaycan çempionatında azarkeş rekordu
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanda zəlzələ oldu - (Yenilənib)
-
Avropa İttifaqı Ermənistandan gələn məhsulu qadağan etdi
-
Türkiyədə güclü yağışların ağır nəticələri: 6 nəfər həyatını itirdi
-
Rusiya Kiyev metrosuna zərbə endirdi - Ölən var
-
DİN məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi
-
Sindi Kroufordun vəfat edən oğlu ilə bağlı ilk paylaşımı - (Foto)
-
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
-
Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
-
Yeni səhiyyə naziri kimdir? - Dosye
-
Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
-
Anar Bayramov səhiyyə naziri təyin edildi
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyində - Fərman
-
Maqsud Babayev vəfat etdi
-
Şamaxıda 7 yaşlı uşaq su ilə dolu bidona düşərək öldü
-
Azərbaycanın son 1 ildə Ermənistana satdığı məhsullar - Siyahı





