Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzən mağazalarda müştərilərin ehtiyatsızlığı nəticəsində mallar zərər görərək istifadəyə yararsız hala düşə bilir. Bu kimi vəziyyətlər müştərilər ilə mağaza rəhbərliyi arasında anlaşılmazlıqlara yol açır. Həmin zaman bəzi müştərilər zərərin ehtiyatsızlıqdan qaynaqlandığını əsas gətirərək dəymiş ziyanı ödəməkdən imtina edirlər. Mağaza sahibi isə zərərin ödənilməsini tələb etdikdə tərəflər arasında mübahisələr baş verə bilir.
Müştəri tərəfindən mağazadakı məhsula ziyan dəyərsə, zərəri kim qarşılamalıdır?
Mövzu ilə bağlı Milli.Az-a vəkil Emil Aslanov açıqlama verərək bildirib ki, istehlakçı hər hansı bir məhsula bilmədən ziyan vurarsa, hər zaman bu zərəri ödəməli deyil.
"Lakin bəzi sahibkarlar, alıcıların öz hüquqlarını bilməməsindən istifadə edərək dəymiş zərəri müştərilərdən tələb edirlər. Mağazada hansısa əşya sındırılıbsa, bu zərəri müştəridən tələb etmək olmaz. Bəlkə o müştərinin üzərində o qədər məbləğ yoxdur. Hüquqları pozulmuş şəxs məhkəməyə müraciət etməklə öz pozulmuş hüquqlarını və dəymiş ziyanı tələb edə bilər".
Vəkil onu da əlavə edib ki, mağazalarda sındırılma ehtimalı yüksək olan məhsulun yanında xəbərdarlıq nişanı qoyulmalıdır ki, alıcılar bunu görüb daha ehtiyatlı davransınlar. Bəzi mağazalarda təmizlik zamanı xəbərdarlıq nişanı qoyulmur, bu kimi hallarda müştəri sürüşüb nə isə sındırarsa, dəymiş zərəri qarşılamalı deyil.
"Mağazaya uyğun olaraq rəflərin düzülüş qaydaları müəyyən edilməlidir. Rəflərin və üzərindəki həmin malların rəfdən kənara çıxması halında, həmin mağaza sahibinin günahı ucbatından hesab olunur və istehlakçıların hər hansı ziyanı ödəmək məsuliyyəti yaranmır. Heç bir mağaza sahibi alıcıyı girov kimi saxlaya bilməz. Bu, azadlığın pozulması faktıdır və sahibkar törətdiyi əmələ görə ciddi məsuliyyət daşıyır".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
-
Azərbaycanda yeni Komissiya yaradılır
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - (Foto)
XƏBƏR LENTİ
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)





