Ağadadaş Ağayev cəzasını aldı - Xalq şairi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, 22 iyulda səhər 07 radələrində xalq artisti Ağadadaş Ağayevlə "Medera" klinikasının gözətçisi Nurəddin Cəlilov arasında insident yaşanıb: xalq artisti ona balta atıb, N.Cəlilov isə onu döyüb.
Kult.az Ağadadaş Ağayevlə yaradıcılıq münasibətləri olan, bir neçə layihə üzərində birgə işlədikləri xalq şairi Sabir Rüstəmxanlının olaya münasibətini öyrənib:
- Sabir bəy, Ağadadaş Ağayevlə yaradıcı əlaqələriniz, münasibətiniz olduğu bəllidir, sizin bir neçə şeirinizə bəstələnən mahnını o ifa edib. Bu insidentdən sonra Ağayevlə əlaqə saxlamısınızmı?
- Hələlik əlaqə saxlaya bilməmişəm. Bu hadisə bağlı fikirlərin bu qədər haçalanması məni ağrıdır. Düşünürəm, danışanların çoxu hadisənin mahiyyətini bilmir. Əvvəlcə onu öyrənmək lazımdır ki, iki yaşlı-başlı adamın arasında ictimai asayişi bu dərəcədə pozacaq nə olub? Əgər Ağadadaş Ağayev xəstədirsə, həmin klinikada əməliyyat olunubsa, halı da yaxşı deyilsə, ona daha həssas yanaşmaq lazım idi, lap müəyyən yanlışlığı olsa da! Ağadadaş Ağayev sevilən, tanınan, xalqın hörməti olan bir adamdır. Mühafizəçi ən azı bunu da nəzərə almalı idi və səbirlə və qanun daxilində hərəkət etməli idi. Sən kimsən ki, bir sənət adamını bu şəkildə alçaldasan? Videoya baxdım, diqqət etdinizsə, mühafizəçi Ağadadaşı düşməncəsinə döyürdü. Heç gərək o video da paylaşılmazdı. Üstəlik, ona da pis oluram ki, ətrafdakı adamlar ayırmağa çalışmır. Bu cür laqeydlik olarmı?
- Sizcə, günahkar kimdir?
- Mən Ağadadaş Ağayeva haqq qazandırmıram, amma günahı daha çox mühafizəçidə görürəm. O, iş başında olub və bunun məsuliyyətini bilməli idi. Adamlar var, sosial şəbəkədə Ağadadaş Ağayevi söyür, deyirlər, xalq artisti adı da əlindən alınsın. Niyə? Xalq düşmənidir? Vətənə xəyanət edib? Bir xoşagəlməz hadisədir olub, bunu bu qədər niyə şişirdirlər?
- Sabir bəy, Ağadadaş Ağayevin bir neçə mahnısının sözləri sizindir, eləmi?
- Bəli, mənimdir. Məsələn, "Qaçqınam, köçkünəm, halımı sorma", "Karvan", "Azərbaycan" kimi mahnıların sözlərini yazmışam, o da peşəkarcasına ifa edib. Yaradıcılıq əlaqələrimiz yaxşı olub. Hər şey yoluna düşsün, güman ki yenə də davam edə bilərik.
- Ümumiyyətlə, bu insidentin sonunu necə görürsünüz?
- Hesab edirəm ki, onları barışdırmaq lazımdır. Məsələ Ağadadaş Ağayevin və ya mühafizəçinin həbsinə qədər uzanmamalıdır. İstəmirəm ki, iki yaşlı-başlı adam bir əsəbin qurbanı olsunlar. Onsuz da baş verən insident, videonun yayılması və ictimai reaksiya hər ikisi üçün ən böyük cəza oldu artıq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Paytaxtın 17 küçəsində tıxac var
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
XƏBƏR LENTİ
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Paytaxtın 17 küçəsində tıxac var
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır





