Dənizkənarı Milli Parkın yeni hissəsində istifadəyə verilmiş Velopark ölkəmizdə ilk belə təcrübədir. Burada vəziyyət necədir, dənizkənarında velosiped idmanı sakinləri cəlb edirmi, hansı problemlər var? Bu reportajda bu suallara cavab axtaracağıq.
İyunun 1-dən fəaliyyətə başlayan Velopark "Əl Oyunları Sarayının" yaxınlığında yerləşir. Bulvarın bu yaxınlarda açılışı olmuş yeni hissəssində velosipedlər üçün park yaradılmış, həmin yerdən yeni hissə boyu düz Bayraq Meydanınadək xüsusi zolaq salınmışdır.
Biz ora çatanda saat 18:00 idi. Ərazidə adam çox az gözə dəyirdi, bir neçə nəfər velosiped sürən var idi. Əvvəlcə, müştərilərlə söhbətləşməyə qərar verdik. Elə indicə icarəyə velosiped götürmüş yaşlı kişidən bizə 1 dəqiqə vaxt ayırmasını xahiş etdik. Özünü Arif Həsənov kimi təqdim edən velosipedçi dedi ki, hər gün işdən çıxan kimi bura gəlir.
"Həkim mənə tapşırıb ki, fəal idmanla məşğul olum, ən yaxşısı isə velosipeddir dedi. Bura açılanda çox sevindim. Hər gün axşam 1 saat sürürəm dəniz boyu. Çox rahat veposipedlərdir, zolaq da rahat və uzundur. Yarım aydır başladığım, özümdə nə qədər rahatlıq hiss edirəm, əvvəlkindən daha gümrah oluram gün boyu", - Arif dayı dedi.
Velosipedləri təhvil verməyə gələn 2 xanımla da söhbətləşdik. Bildirdiklərinə görə, ticarətlə məşğul olan şirkətdə işləyirlər. Uzun illər boyu oturaq iş, davamlı kompüter qarşısında olmaq onların sağlamlığına pis təsir göstərib. 10 gündür bura gəlib yarım saat velosiped sürürlər.
Nisbətən kök olan xanım bildirdi ki, velosiped sürmək arıqlamasına da yardım edir. Əlavə etdi ki, bazar günləri səhər saatlarında 2-3 saat təmiz havada velosiped sürür.
Velopark nəzarətçisi Ceyhun Məmmədov deyir ki, parkda 100 velosiped nəzərdə tutulmuşdu, amma hələlik 84 velosiped icarəyə verilir. Dediyinə görə, günorta saatlarında isti olduğuna görə, müştəri az, səhər tezdən və axşamlar müştəri çox olur. Saat 7-8 arası və 20-21 arası növbələr də olur. Bildirdi ki, yaxın vaxtlarda velosipedlərin sayı artırılacaq.
Velopark işçisinin sözlərinə görə, park Dənizkənarı Bulvar İdarəsinin tabeliyindədir. C.Məmmədov velosipedlərin Almaniya istehsalı olduğunu deyir. 26 ölçülü velosipedin 400 avro qiyməti var.
Biz də müştəri kimi, 30 dəqiqə sürüb yoxladıq, həqiqətən də rahat velosipedlərdir, zolaq boyu rəngli işıq dirəkləri var, qarşı tərəfində qutu da var ki, su və digər əşyalarını ora qoya bilərsən.
Ceyhunun dediyinə görə, şəhər sakinləri velosipedləri bir neçə saatlığa, əcnəbilər isə sutkalıq icarəyə üstünlük verirlər. O bunu sutkalıq icarə qiymətinin ucuz olması ilə izah edir: "Bizdə velosipedin 1 saatlıq icarəsi 1-ci saat üçün 2 manat, növbəti saatlar 1 manatdan hesablanır. Sutkalıq icarə qiyməti isə 8 manatdır.
Nəzarətçi dedi ki, velosiped götürmək üçün şəxsiyyəti təsdiq edən sənəd olmalıdır. İcarədarla söhbətimiz vaxtı 2 gənc oğlan velosiped götürmək istədiklərini lakin üzərlərində sənəd götürmədiklərini bildirdilər. Nəzarətçi bu halda 50 manat girov qoymaqla götürə biləcəklərini dedi.
Tərəflər arasında imzalanan 10 bəndlik icarə şərtlərinin 9-cu və 10-cu bəndlərinə görə, Bulvarın köhnə hissəsində və yeni hissədəki piyada zolağında hərəkətə görə 20 manat cərimə nəzərdə tutulur.
Nəzarətçi bəzən müştərilərin velosipedlə birgə yoxa çıxdıqlarını da bildirdi. Onun sözlərinə görə, belələrini axtarışa verirlər. Tapıldıqda isə həmin müddətin icarə qiyməti alınır. Ceyhun deyir ki bəzi müştərilər velosipedlərlə kobud davranır ya da təcrübəsizlikdən qəza törədir, zədələyirlər. Bu zaman hissələrin əzilməsinə görə 20 manat, əgər velosiped əzilib tam yararsız hala düşərsə, müştəri 700 manat ödəməlidir.
Ceyhun dedi ki, onun tanınmış müştəriləri də var. Onlar əsasən, səhər 7-də gəlirlər və yarım saat - 1 saat sürüb gedirlər. Nəzarətçi onların arasında bəzi məmurları, deputatları və televiziya aparıcılarını da tanıyır. "Onlar öz canlarının qədrini yaxşı bilirlər", - deyə sağollaşanda zarafatla əlavə etdi.
Turan
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bulvarın yeni hissəsində yaradılmış velosiped parkından REPORTAJ - FOTO
20 İyun 2012 02:00
0 Şərh
Baxış: 12 984

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: real addımlar sabaha saxlanılsın
-
Nişanda qayınananın gəlinə hərəkəti GÜNDƏM OLDU - VİDEO
-
"Xəyanətə görə 25 il türmədə yatmaq istəyirsənsə..." - VİDEO
-
Toyda qayınata gəlini qucağına aldı - TƏNQİD OLUNDU - VİDEO
-
Ərindən ayrılan qadının sevinci gündəm oldu - VİDEO
-
Kirayə ev bazarında qıtlıq və bahalaşma
XƏBƏR LENTİ
-
Bermud üçbucağının sirri açıldı - Dəniz canavarları, yadplanetlilər və...
-
Azərbaycanda çaqqallar kəndə hücum etdi: yaralananlar var
-
Meşədə meyiti tapılan tələbənin qətli ilə bağlı yeni təfərrüatlar - FOTOlar
-
Bu 4 bürcü xüsusi bir gün gözləyir: Sürprizlər və aydınlıqlar zamanı
-
DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək
-
Şəhərin mərkəzində açıq-saçıq geynən qıza görə dava düşdü - VİDEO
-
Uşaqlar çimərlikdən qaçır - dənizanası sancmaları artdı - FOTO
-
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
-
Türkiyə bu tarixlərdə "qovrulacaq" - Azərbaycanda da 55° isti gözlənilirmi?
-
Diş fırçasını islatmaq olmaz – Həkimlərdən xəbərdarlıq
-
Qarabağ Universitetində oxumaq istəyənlərin nəzərinə!
-
Gündə nə qədər çərəz yemək olar?
-
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi - FOTO
-
Noxud ağciyərlərə inanılmaz FAYDASI
-
Ronaldonun sevgilisi çimərlik geyimi ilə "nəfəs kəsdi", brilliantı isə... - FOTOlar
-
Sağlamlıq üçün nektarin yeyilməlidir
-
Günəş altında yanmamağın ən effektiv yolu
-
Putin niyə Alyaskanı seçdi?
-
Günün qoroskopu: real addımlar sabaha saxlanılsın
-
İlham Əliyev Paşinyandan niyə qələmi götürməsini istədi? - Jestin tarixçəsi
-
Əməliyyatdan çıxanlara nə yemək olar?
-
Çində magistrı yenicə bitirib qayıtmışdı - Qəzada öldü - FOTO
-
Bu məhsulları soyuducuda saxlamaq olmaz
-
Natanyahu Azərbaycan xalqını təbrik edib