Cəmiyyət

“Avrora Qrup” aztəminatlı ailələrə və uşaq evlərinə bayram sovqatı çatdırıb - FOTO

17 İyun 2024 14:55
Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avrora Qrup korporativ sosial məsuliyyət proqramı çərçivəsində növbəti yardım aksiyasını təşkil edib.

Şirkət bu il də Qurban Bayramı ilə əlaqədar ehtiyaclı insanların yanında olub. Yardım aksiyası zamanı "Ümid Yeri" uşaq sığınacağı, "Nur" uşaq evi, "Azərbaycan Uşaqlar İctimai Birliyi" nəzdində fəaliyyət göstərən "Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi" və "Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi"nin qadın və uşaq sığınma evinə qida məhsulları və gigiyenik vasitələrdən ibarət yardım bağlamaları çatdırmışdır.

Eyni zamanda şirkət Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən "Qızıl Aypara Cəmiyyəti"ndə qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları və gündəlik tələbat məhsulları çatdırmışdır.

Bundan başqa Avrora Qrup bayram ilə əlaqədar ümumilikdə 2.5 ton qurbanlıq ət bağlamalarını aztəminatlı ailələrə paylamışdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.