Cəmiyyət

Lənkəranda avtomobil kanala aşdı - xəsarət alanlar var

15 İyun 2024 14:19
Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda idarəetməni itirən avtomobil su kanalına aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Ələt - Astara - İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində baş verib. Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən 3 - ü, sürücü və Astara rayon sakinləri 1995 - ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999 - cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Həkimlər onlara küt travma, sağ saitin 1/3 - nin termiki yanığı diaqnozu qoyaraq, ilkin tibbi yardım göstəriblər. Xəsarət alanların müalicələri xəstəxanada davam etdirilir.

Qeyd edək ki, qəzada xəsarət alan sürücü Azərim Azərili, Birinci Qarabağ müharibəsi şəhidi Azər Əsədullayevin qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.