Hazırda dünyada yarım milyarda qədər velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti, dar yollarda hərəkət edə bilməsi və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının başlıca səbəbidir. Dünyada ondan müxtəlif məqsədlərlə geniş istifadə olunur. Bəs Azərbaycanda necədir - velosiped mədəniyyətini qənaətbəxş saymaq olarmı?
Velosipedçilərin çoxu uşaqlardır, yaşlılar isə...
Vəziyyətlə tanış olmaq üçün Bakıdakı velosiped təmiri sexlərindən bir neçəsinə baş çəkdik. Sabunçu vağzalının yanındakı emalatxanada işləyən Rüstəm dayı deyir ki, müştəriləri əsasən, uşaqlardır. Ustanın sözlərinə görə, küçələr və ara yollar pis vəziyyətdə olduğundan velosipedlər tez-tez xarab olur.
"Böyüklərin velosiped sürməsi halları indi xeyli azalıb. Sovet vaxtı yaşlılar da sürürdü, kimisi idman üçün, kimisi də ora-bura getmək üçün, indi isə yaşlı adam velosiped sürən kimi onu lağa qoyurlar. O vaxt başqa xalqların nümayəndələri çox yaşayırdı Bakıda, velosiped sürənlərin də çoxu onlar idi. İndi az sayda yaşlı veposipedçilər var, əksəri ruslardır" - usta deyir.
35 yaşlı "Ukrayna"nın heyrətamiz qəhrəmanlığı
Rüstəm dayının fikrincə, dünyada ən çətin təmir işlərindən biri də velosiped təmiridir: "Üzdə sadə görünsə də, əziyyəti çox, zəhməthaqqı isə azdır".
Biz orada olanda 10-dan artıq adam növbə gözləyirdi, neçə-neçə müştəri isə gəlib əvvəlki günlərdə verdiyinin təmir olub-olmadığını soruşurdu. Ustanın dediyinə görə, normal köməkçi tapa bilmir.
Sexdə Sovet dövründə buraxılmış məşhur "Ukrayna" velosipedini gördük. Rüstəm dayı dedi ki, bunun 35 yaşı var, amma çox yaxşı qalıb, heç bir problemi yoxdur, hətta qırmızı rəngi də pozulmayıb, təkərlərin üstündə "Sdelano v SSSR" yazısı oxunur.
"Kamerinə mismar batdığı üçün dəyişməyə gətiriblər. Ustanın dediyinə görə, bunun sahibi 50 yaşlı dostudur. 35 ildir bunu sürür, amma heç 3 dəfə ustaya düşməyib, qəhrəman velosipeddir..." - Rüstəm dayı gülür.
Cəmi 1 ay velosiped sürməklə 14 kq arıqladım
Sexdən velosipedini götürməyə gələn Qoşqar adlı ortayaşlı kişi maraqlı söhbət elədi. O cavanlıqda Gədəbəydə davamlı velosiped sürdüyünü, sonradan dayandırdığını dedi: "Bu yaxınlarda həkimə getmişdim, dedi ki, səndə piylənmə gedir, mütləq fiziki işlə, idmanla məşğul olmalısan. Ən yaxşısı da, ya üzgüçülük, ya da velosipeddir. Mən də velosiped aldım və hər axşam 1 saat həyətyanı küçələrdə sürürəm.
Qoşqar inanılmaz bir əhvalat da danışdı: "Düz 1 ay hər axşam davamlı sürəndən sonra 14 kq arıqladım. Həkim məəttəl qalmışdı. 1 ayda bu qədər arıqlamaq başqa yolla mümkün deyildi. İndi özümü çox gümrah hiss edirəm. İş yerim çox uzaqdadır, şəhərə də velosipedlə çıxmaq olmaz, bizdə yollar uyğun deyil, həm də sürücülər velosipedi nəqliyyat növü saymırlar, vurub öldürərlər yolda maşınla".
"Uşaqlar velosipedləri oğurlayıb bizə gətirirlər..."
Bu sexin yaxınlığında yerləşən başqa bir sexdə isə işlənmiş velosipedlər satılırdı. Burada böyüklər üçün 40 manatdan başlayaraq müxtəlif markalarda normal velosiped tapmaq olar. Uşaqlar üçün isə 20 manata da var. Sexin sahibi ilə söhbətimizdə bildirdi ki, bəzən uşaqlar onlara oğurladıqları velosipedləri gətirib ucuz qiymətə təklif edirlər, amma onlar götürmürlər. Sadəcə, valideyni ilə gəlmiş uşaqların velosipedlərini qəbul edirlər. Sexdə təmir işləri də aparılır və xarab velosipedləri çox ucuz qiymətə təmir edirlər. Burda işlənmiş velosipedlərlə maraqlanan gənc oğlanla söhbət etdik. Məlum oldu ki, o, velosipedi işə gedib-gəlmək üçün almaq istəyir: "Həm idmandır, həm də istənilən yerə bununla girmək olur, "probka" zad vecinə deyil, üstəlik yolpulun da cibində qalar".
"Vaxtilə Bakı çempionu olmuş "Turist"imi satıram..."
Sabunçu bazarının girişində yerləşən bazarda SSRİ istehsalı olan "Turist" velosipedinə rast gəldik. Saz vəziyyətdə qalmış sürətötürücülü velosiped 100 manata satılırdı. Satıcı, Aslan adlı yaşlı kişi bildirdi ki, bu onun gənclikdə sürdüyü şəxsi velosipedi olub: "Mən özüm velosiped idmanı ilə məşğul olmuşam bala, o vaxt Velotrekə gedirdik, indi bilmirəm işləyirmi ora.
Yarışlarda iştirak etmişəm, hətta bu velosipedlə Bakı birincisi olmuşam. Uzun müddət saxladım ki hərdən sürərəm, amma artıq qocalıram, həm də pula ehtiyacım var. Bunu alan uduzmaz, indikilər "iqruşkadır" günləri "xəstəxanalarda" keçir, amma bu, arıq olsa da, tank kimidir. 100 il xarab olan deyil".
"Velosipedçilər azdır deyə, ayrıca zolaqlara ehtiyac yoxdur"
Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təmini və İctimai Qurumlarla Əlaqə Şöbəsinin baş inspektoru Kamran Əliyev deyir ki, velosiped yolunun olmamağı o demək deyil ki, onların təhlükəsizliyi təmin edilmir:
"Onlar yolun kənarı ilə sürə bilərlər, rayonlar arasında yol çiyinlərindən də istifadə edə bilərlər. Velosipedlərin kütləvi halda istifadəsi olarsa, onlar üçün xüsusi yol salmaq olar. Azərbaycanda isə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunmur. Sadəcə olaraq, uşaqlar bundan bir əyləncə məqsədilə istifadə edirlər. Yəni sayı həddən artıq azdır. Buna görə də onlar üçün ayrıca zolaqların salınmasına hələ ehtiyac duyulmur".
"Sovet Bakısının baş planında velo-yollar nəzərdə tutulmuşdu"
Bakının Baş Planının müəlliflərindən əməkdar memar Feyzulla Quliyev deyir ki, Sovet Azərbaycanında paytaxtın baş planında velosiped yolları nəzərdə tutulubmuş: "Velo-yollar haqqında qərar qəbul olunmalıdır və layihəçilər hər hansı kompleksi və ya yaşayış rayonunu layihələndirəndə velosiped üçün də xüsusi zolaq yaratmalıdır.
Maşın yolu, piyada yolu kimi. Məsələn, Günəşli yaşayış massivini layihələndirəndə biz onu nəzərdə tutmuşduq. Digər təzə massivlərdə bu yollar düşünülmüşdü. Amma bir halda ki, bu gün piyada yollarını da tuturlarsa, səkiləri tikirlərsə, velosipedçi də maşın yolu ilə getməli olacaq".
Ekspert deyir ki, Bakıda velosiped yollarının olması uzaq gələcəyə aiddir. Gözləyək, görək bizdə bu mədəniyyət nə vaxt formalaşacaq. Onsuz da, Bakıda artıq maşınla bəzi hallarda yol getmək müşkülə çevrilib, velosiped barədə düşünməyin tam vaxtıdır...
Turan
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda velosiped mədəniyyəti hansı səviyyədədir? - ARAŞDIRMA - REPORTAJ - FOTO
18 İyun 2012 01:30
1 Şərh
Baxış: 8 630

DİGƏR XƏBƏRLƏR
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Milli Məclis sədrinin təşəbbüsü ilə Şəmkirdə növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib - FOTO
-
Aşura günü nə vaxtdır?
-
Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı - FOTO
-
Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA
XƏBƏR LENTİ
-
Türkiyədə zəlzələ baş verdi
-
Lirə və avro bahalaşdı, dollar isə bu qiymətə satılır - RƏSMİ
-
Skuterin vurduğu aktrisa: "Gəldi evimə, üzr istədi"
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
-
Həyat və ölüm arasında üçüncü mərhələ də var?
-
Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi
-
Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO
-
Həbib azərbaycanlı nazirlərlə bir arada - FOTO
-
Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
-
Günün qoroskopu: Emosiyalarla yox, məntiqlə hərəkət edin
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
-
Xamenei: İran özünə qarşı da təcavüzə yol verməyəcək
-
AZAL-ın Bakı-Dəmmam istiqaməti üzrə reysi geri dönüb
-
Tramp: İranın Bəhreyn və İraqdakı ABŞ bazalarına hücum edəcəyi gözlənilir
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
-
"Ona "sevgilim" deyirdim" - FOTO