Cəmiyyət

Yasamalda tapılan uşaq ailəsinə verildi - FOTO

3 May 2024 15:55
Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarında Yasamal rayonunda azyaşlı qız tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

Uşağı tapan şəxsin bildirdiyinə görə, o, səhər saat 9-da pijamada, ayaqyalın həyətdə gəzirmiş: "Qonşuların hamısından soruşduq, heç kim tanımadı. Uşaq donurdu, evə gətirib polisə xəbər verdik. Ayaqlarının altı qapqara idi, bilinir ki, çox yol gəlib..."

Yayılan görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, azyaşlının valideynləri tapılıb və o, ailəsinə təhvil verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.