Cəmiyyət

Daha bir tiktoker həbs olundu

9 Aprel 2024 20:24
Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.  

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlərlə 1996-cı il təvəllüdlü, "Magerramoff" ləqəbli Əmrah Məhərrəmov da saxlanılıb.

Müvafiq qərarla Ə.Məhərrəmov 20 sutka inzibati qaydada həbs edilib.

DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Xatırladaq ki, "Miri" adı ilə tanınan Mirnamiq Mirələmzadə də internetdə yayılması qadağan edilən məlumatlar paylaşıb. Bu səbəbdən onun barəsində də 30 sutka inzibati qaydada həbs seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.