Cəmiyyət

Bakıda həyəcanlı anlar yaradan qadın ixtisaslaşdırılmış tibb mərkəzinə yerləşdirildi - YENİLƏNİB - VİDEO

11 Mart 2024 15:54
Baxış: 2 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlumatla bağlı polis və digər dövlət qurumlarının əməkdaşları qeyd edilən ünvanda olublar.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, həmin mənzildə yaşayan psixi xəstəlikdən əziyyət çəkən 1983-cü il təvəllüdlü N.Qədimova əraziyə çağırılan təcili tibbi yardım avtomobili ilə ixtisaslaşdırılmış tibb mərkəzinə yerləşdirilib.

-------

15:54

Paytaxtın Nərimanov rayonunda qəribə hadisə baş verir.

Milli.Az bildirir ki, bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Azadliq prospekti 116 ünvanında 41 yaşlı qadın məişət əşyalarını mənzildən aşağı atıb. Hadisə yerinə gələn polis əməkdaşları üçün mənzilin qapısını açmır. Baş verə biləcək hadisənin qarşısını almaq məqsədilə əraziyə FHN-in xilasediciləri cəlb olunub.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.