Cəmiyyət

Xala malı, can dərmanı

21 May 2010 13:41
Baxış: 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Astarada xalasının evindən oğurluq edən şəxs saxlanılıb. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə rayonun Şahağacı kəndində törədilib.

Kənd sakini Oqtay Quliyevin evindən naməlum şəxslər tərəfindən gecə saatlarında 820 manat dəyərində ev əşyaları oğurlanıb.
 
Aparılan axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şahağacı kənd sakini Niyaməddin Dadaşov saxlanılıb. N.Dadaşov dindirilmə zamanı O.Mehdiyevin evindən oğurluq etdiyini etiraf edib.

Faktla bağlı rayon polis şöbəsində cinyət işi açılıb, istintaq aparılır.

N.Dadaşov əvvəllər də cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.