15 yaşlı ata...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az qafqazinfo-ya istinadən Emin Səfərovun yazısını təqdim edir:
- Əmi, yandıranın var?
- Sənin neçə yaşın var ki?
- 15...
Əxlaqım 15 yaşlı uşağa alışqan uzatmağa imkan vermir. Amma vicdanım da sorğulamadan dura bilmir:
- Bu yaşda niyə siqaret çəkirsən?
- Əmi, ağrıyıram.
Əslində, uşaq bəhanəsidir. Siqaret ağrıkəsici xüsusiyyətə malik deyil.
- Nə ağrısıdır?
- Ayağım yanıb...
Ələsgərin bir neçə gün öncə qıcolması tutub, elə bu vaxt yanan ocağa yıxılıb. Halbuki onun mənə tərəf axsaya-axsaya gəlməsini görəndə, yeniyetməni iflic sanmışdım.
Əlində də böyük zənbil var, marketdən çıxıb:
- Evə bazarlıq etmisən?
- Bu gün 15 manat qazancım olub, 13-nü bazarlığa vermişəm, bu 2 manat da taksinin... Keçən dəfə bacılarıma kukruz almışdım, elə sevindilər ki...
Uşağın danışdıqlarının hamısı atasızlıq əlamətidir. Simptomları çox aydın şəkildə görünür. Hiss edirəm, amma incidirəm deyə, sual verməkdən çəkindiyim an özü dillənir:
- Anamla atam ayrılıblar, içib anamı döyürdü...
Boşanma ilə bağlı məhkəmədə sanki 15 yaşlı uşağa atalıq öhdəliyinin yerinə yetirilməsinə dair hökm çıxarılıb. Hökmün icrası da özünə tapşırılıb. Ələsgərin də gündəlik "alimenti" 10-15 manat... Onu da Zabrat-Maştağa yolunda marketlərin birinin avtodayanacağında qazanır.
Astaradan olan Ələsgərgil dörd uşaqdır. Böyük qardaşı əsgərdir. İki də bacısı var, biri üç yaşında, digəri də fiziki məhdudiyyətlidir. Anası da evdə bu uşaqlara baxır, kirayədə qalırlar.
Ələsgərin atalıq məsuliyyəti onu məktəbdən də ayrı salıb:
- 6-cı sinfə qədər oxudum, dayandırdım.
Tarixdən Səfəvilər dövlətindən, Ədəbiyyatdan Nizami Gəncəvinin "Xəmsə"sindən öyrənməli olan uşağa indi həyat dərsi verir, imtahanları da çox çətin...
Düşünə-düşünə cibimdən alışqanı çıxarıb uşağın siqaretini yandırdım.
Birdən Ələsgərin yadına düşdü:
- Bacıma pampers almamışam...
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir
-
BDYPİ sürücülərə müraciət etdi
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
Ətir seçərkən bunlara diqqət edin
XƏBƏR LENTİ
-
Xalq artistinin ailəsində xoş gün - (Video)
-
Bakıda “Mercedes” piyadanı vuraraq öldürdü
-
Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir
-
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
BDYPİ sürücülərə müraciət etdi
-
Tanınmış aparıcı canlı yayımda qardaşının ölüm xəbərini aldı - (Video)
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)





