Cəmiyyət

Hadisələrdə təsadüf olurmu?

31 Dekabr 2023 06:01
Baxış: 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada baş verən bütün hadisələr yalnız Allahın iradəsi daxilində və onun hikməti əsasındadır. Heç bir hadisə əbəs yerə baş vermir. Quranda dəfələrlə buyurulur ki, dünya əbəs yerə yaradılmayıb. Elə isə, dünyada baş verən hadisələr də əbəs yerə və özbaşına olmur. Bütün hadisələrin əsl səbəbini anlamaq isə insan şüurunun imkanları xaricindədir. İnsan Allah-Taalanın hikmətini tam anlaya bilməz. Biz bəzi hadisələrin səbəbini və qanunauyğunluğunu dərk etmədiymiz üçün onları təsadüf kimi qəbul edirik. Halbuki, Allahın izni olmadan ən xırda hadisə belə, baş verməz, Allah öz hikmətinə uyğun olmayan hadisəyə izn verməz. Əgər dünyada baş verənlər səbəbsiz, müəyyən qayda-qanunsuz və xaotik olsa, əvvəla, bu, dünyanın sahibsiz və rəbbsiz olduğu mənasını verər. İkincisi, xaotik hadisələr bütün dünyanın nizm-intizamını pozar və varlıq dünyası məhv olar. Ona görə də müsəlman dünyadakı bütün hadisələrin ilahi hikmət əsasında baş verdiyini və Allahın izni olmadan ən xırda prosesin də həyata keçmədiyini qəbul edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.