Cəmiyyət

İki metr boyu olan qadına insanlar belə reaksiya verdi - VİDEO - FOTO

19 Dekabr 2023 19:21
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş peşəkar basketbolçu və olimpiya idmançısı Natalya Vieru boyuna görə tez-tez arzuolunmaz vəziyyətlərə düşür.

Milli.Az sfera.az-a istinadən bildirir ki, Münhendə yaşayan keçmiş basketbolçu bu yaxınlarda TikTok-da supermarketdə müştərilərin ona necə reaksiya verdiyini göstərən bir video paylaşıb.

Yayımlanan görüntülərdə uşaq və böyüklərdən ibarət bir neçə nəfərin Natalya mağazada gəzərkən təəccüblə ona baxdığını görmək olur.

O, videonun başlığına: "Alış-verişə gedəndə aldığım reaksiyalar belə olur. Bu dabanla təxminən 2,13 sm boyundayam" - yazıb.

Natalya daim ondan qısaboy kişilərlə görüşdüyünü deyir. O, bununla bağlı problem görmür, çünki xarakter və ümumi maraqlar onun üçün birinci yerdə gəlir.

Bununla belə, keçmiş basketbolçu özünü daim, xüsusən də standart qapıların çox aşağı olduğu Avropada narahat hiss edir.

"Mən yeriyəndə insanların reaksiyaları ölkədən asılı olaraq fərqli olur. Məsələn, ABŞ-da insanlar tez-tez mənimlə dialoqa girib boyumu, basketbol oynayıb-oynamadığımı soruşurlar. Avropada isə sadəcə bərəlmiş gözlərlə baxırlar" - Natalya jurnalistlərə verdiyi açıqlamada gülərək deyir.

İzləyiciləri isə onu dəstəkləyir və uzun boylu olmağın faydalarını bölüşürlər:

"Konsertlərdə hər şeyi görürsən", "Şkafın üst rəfindən əşyalar almaq üçün stul götürməyə ehtiyac yoxdur", "Hündürdaban ayaqqabı geyinməkdən utanmamağınız gözəldir", "Əla görünürsən, adam lap paxıllıq edir", "Sənə heyranam" kimi şərhlər yazırlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.