Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şirkətin prezidenti: “Antenn 101 FM” heç bir bədii məna kəsb etməyən musiqilər, verilişlər yayımlamır " - FOTO
19 May 2010 19:20
Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Antenn 101 FM" radiosunun verilişləri dinləyicilərin zövqünün gözəlləşdirilməsinə xidmət edən musiqilər və verilişlər yayımlayır, - bunu çərşənbə günü Trend-ə "Antenn" Telerado Şirkətinin prezidenti Rüstəm Əliyev deyib.
"Antenn" Müstəqil Teleradio Kompaniyasının radiosu - radio "Antenn 101 FM" 1998-ci ildən fəaliyyət göstərir. 2000-ci ilin fevralında radiokanal - Radio "Antenn 101 FM" yayıma başladı. Bu vaxt ərzində radionun stabil dinləyici auditoriyası formalaşıb, əhatə coğrafiyası daha da genişlənib. İndi radiomuzun yayımladığı verilişləri Azərbaycanın bütün rayonlarında dinləmək mümkündür. Zövqdə birinci olan radio "Antenn 101 FM" sizlər üçün belə bir imkan yaradıb. Radionun yayımı dünya standartlarına uyğun avadanlığa sahib Almaniyanın "Rohde & Schvartz" və italiyanın "DB Elettronica" firmalarının istehsalı olan 1-2,5 kwat güclü 8 ötürücü vasitəsilə həyata keçirilir. Efirə çıxan bütün proqramlar Azərbaycan dilindədir. Şirkət xəbərlər, siyasi, tematik, musiqi proqramları yayımlayır və audio-video reklamları hazırlayır. "Antenn 101 FM" radiosunu ANTENN.AZ internet saytında və TÜRKSAT 3A, tezlik-10,968 MHs, S/R-11200 H, FEC-5/6 dalğasında peyk yayımı vasitəsilə dünyanın hər yerində canlı dinləyə bilərsiniz.
Rüsətm Əliyev deyib ki, radionun fəaliyyətə başladığı 10 il ərzində çox böyük inkişaf yolu keçib və çoxsaylı uğurlara imza atıb: "Radio yayım dairəsini genişləndirib, maraqlı yayım formatları əldə edib, maraqlı aparıcılar yetişdirib. Radio bu müddət ərzində böyük dinləyici auditoriyası qazanıb. Dinləyicilərinə maraqlı, intellektual, əyləncəli oyunlar təqdim edib. Radio "Antenn" fəaliyyət göstərdiyi 10 il ərzində onlarca aparıcı, jurnalist yetişdirib. Radio "Antenn"in yetişdirmələrli olan jurnalistlərin bir qismi digər radio və televiziyalarda çalışır".
Rüstəm Əliyev deyib ki, dinləyicilərin zövqünü nəzərə alaraq, radio verilişlərində müxtəlif format dəyişiklikləri edilib: "Bizim verilişlər dinləyicilərin zövqünü formalaşdırır, bayağı, dəbdə olan, amma heç bir bədii məna kəsb etməyən musiqilər, verilişlər radiomuzda yayımlanmır".
Rüstəm Əliyev bildirib ki, radio kənardan heç bir proqram almır, proqramların hamısı radionun özü tərəfindən hazırlanır.
Radioda 10-dan çox xəbər buraxılışının efirə çıxdığını diqqətə çatdıran şirkət prezidenti bildirib ki, səhər proqramları daha çox dinlənilir.
Radionun hazırladığı verilişlərin maarifçiliyə xidmət etdiyini deyən teleradio şirkətinin rəhbəri bildirib ki, verilişlərdə Azərbaycan tarixinə, coğrafiyasına, mədəniyyətinə, ədəbiyyatına aid suallar səsləndirilir: "Biz dinləyicilərimizi əyləndirən zaman da maarifləndiririk. İndi elə zamandır ki, insanlar kitab oxumur. İnternetdən, radiodan məlumat alırlar. Onların hər zaman radio dinləmələrini nəzərə alaraq, insanları maarifləndirməyə çalışırıq".
Radionun yaradıcılıq planlarından söz açan şirkət rəhbəri bildirib ki, mövsümə uyğun olaraq, dinləyicilər üçün yeni proqramlar hazırlanır: "Yay mövsümündə musiqili, əyləncəli verilişlərə üstünlük veririk. Daha çox əyləncə, ritmik musiqilər, drayv musiqi və verilişlərə yer verməyə çalışırıq. Həmçinin, verilişlərin vaxtı da uzanır. Radionun verilişləri hər mövsümdə yeni formatda efirə çıxır. Verilişlərin məzmununa, formasına yeniliklər gətirməklə dinləyicilərimizin rəğbətini qazanmağa çalışırıq"
"Antenn" Telerado Şirkətinin prezidenti yeni mövsümdə gənclərin vətənpərvərlik tərbiyəsini artıran, inkişaf etdirən yeni proqramlar və layihələrin də hazırlanacağını bildirib.

--------------------------------------------------------------------------------

/Trend/

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan universitetlərinin ən yaşlı müəlliminin ad günüdür
-
Sabah meteohəssas insanlarda narahatlıq yaranacaq
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Bakının mərkəzində bu ərazilərə maşınla giriş pullu olacaq: İlk 15 dəqiqənin tarifi 3 manat
-
Azərbaycanda tələbə qəfil öldü
-
Vüqar Məmmədov faciəvi şəkildə öldü
XƏBƏR LENTİ
-
Azərbaycan universitetlərinin ən yaşlı müəlliminin ad günüdür
-
Sabah meteohəssas insanlarda narahatlıq yaranacaq
-
Gürcüstan surroqat analığı qadağan edir
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
-
Rusiyanın yük gəmisi PUA hücumundan sonra yanır - Finlandiyada
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Messinin komandası öz meydanında darmadağın oldu
-
Zaur Baxşəliyevin görüntüsü müzakirə yaratdı (Video)
-
Röya və Əbdül Xalid 23 il öncə - (Video)
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Binanın blokunda toy edib, süfrə açdılar - (Video)
-
Xalq artisti görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Sabah Bakıda yağış yağacaq
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Tanınmış meyxanaçıların rəqsi gündəm oldu – (Video)
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Xalq artistinin illər əvvəlki görüntüləri yayıldı (Fotolar)
-
Bakının mərkəzində bu ərazilərə maşınla giriş pullu olacaq: İlk 15 dəqiqənin tarifi 3 manat
-
Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək
-
Azərbaycanda tələbə qəfil öldü
-
Niderland məhkəməsi BYD-nin bu modelinin satışını qadağan etdi (Foto)