Yalan danışmaqdan çəkinin!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: "Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin" (əl-Həcc, 30).
Əbu Bəkrə rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - üç dəfə: "Sizə günahların ən böyükləri barədə xəbər verimmi?"- deyə soruşdu. Səhabələr: "Bəli, ya Rəsulallah!"- deyə cavab verdilər. Peyğəmbər: "Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaqdır, - deyib söykəndiyi yerdən qalxıb oturdu, və yalan söz danışmaqdır"- dedi". (Sünən ət-Tirmizi).
Yalan danışmağın günahı dərəcə baxımından bir-birindən fərqlənir. Məsələn, Peyğəmbərin adından yalan danışmaq, yalandan Allaha and içmək daha böyük günah hesab edilir. Əli ibn Əbu Talib rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini eşitdim: "Mənim adımdan yalan danışmayın. Kim mənim adımdan yalan danışarsa, qoy Cəhənnəmdəki yerini tutsun." (əl-Buxari, 106). Həmçinin, Peyğəmbər demişdir: "Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan and içmək böyük günahdır" (Səhih əl-Buxari).
Yalan danışmağın aqibəti
Peyğəmbər demişdir: "Şübhəsiz ki, yalan insanı əxlaqsızlığa, əxlaqsızlıq isə Cəhənnəmə aparır. İnsan çoxlu yalan danışarsa, Allah qatında onun adı "yalançı" yazılar". (Səhih əl-Buxari, 6094).
Hansı halda yalan danışmağa icazə verilir?
Yalan danışmağın böyük günah olmasına baxmayaraq dinimiz bəzi hallarda buna icazə vermişdir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "İnsanların arasını düzəltmək məqsədilə yaxşılıq etmək istəyən və ya yaxşı söz danışan adam yalançı deyildir." (əl-Buxari, 2692)
Yəni, əgər bir adam iki nəfərin arasını düzəltmək məqsədilə birinin demədiyi sözü digərinə deməsi, zahirən yalan söz kimi görünsə də, əslində bu, xeyirli söz sayılır və bunu deyən adam yalançı hesab edilmir. Digər rəvayətdə Ummu Gülsüm demişdir: "Rəsulullah üç halda yalan danışmağa izin vermişdir: döyüşdə düşmənə deyilən, habelə, insanların arasını düzəltmək üçün deyilən və bir də kişinin öz zövcəsinə dediyi yalan". (Musnəd İmam Əhməd, 6/404). Kişinin öz zövcəsinə dediyi yalana gəlincə, buna ər-arvad arasındakı ülvi məhəbbətin artması üçün onlardan birinin digərini həddən ziyadə tərif etməsini misal göstərmək olar.
Zarafatda olsa belə yalanı tərk edənin mükafatı
Peyğəmbər demişdir: "Haqlı olsa belə mübahisəni tərk edən üçün Cənnətin kənarında, zarafatda olsa belə yalanı tərk edən üçün Cənnətin ortasında, əxlaqı gözəl olan üçün də Cənnətin ən ali mərtəbəsində evi olacağına zəmanət verirəm!" (Səhih əl-Buxari, 2692).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
XƏBƏR LENTİ
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)





