Şəmkirçay su anbarı qərb bölgəsində aqrar islahatlara əsaslı töhfə verəcək. Bu, torpaqların suvarılması və enerji istehsalı üçün dövlət əhəmiyyətli bir layihədir.
Belə bir dəryaçanın yaradılması ulu öndər Heydər Əliyevin çoxdankı arzusu idi. Hələ sovetlər dönəmində bu barədə söz-söhbət gedirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu mühüm obyektin adı dəfələrlə rəsmi dövlət sənədlərinə də salınmışdı. Amma illərdən bəri bu gərəkli iş arzu, istək olaraq qalırdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəmkir və Yenikənd su elektrik stansiyaları inşa edildi. Dəryaçanın tikintisi isə Azərbaycanın müstəqillik zamanına, qurucu rəhbər kimi tanınan cənab İlham Əliyevin dövrünə düşdü. Ulu öndər Heydər Əliyevin arzusu indi onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilir.
Bu möhtəşəm layihənin əsası üç il bundan əvvəl qoyulub. 2009-cu ilin günəşli may səhəri yada düşür. Dövlət başçısı İlham Əliyev Şəmkirçay dəryaçasının təməlqoyma mərasimində iştirak edirdi. Hamı dağların başında yaranacaq bu nəhəng obyektlə maraqlanırdı.
Cənab İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüş zamanı dedi ki, "Bölgədə ən böyük su anbarının tikintisi başlanmışdır. Şəmkirçay su anbarının təməl daşı qoyulmuşdur. Sırf dövlət tərəfindən maliyyələşdiriləcək bu layihə əminəm ki, 3-4 ilə tamamlanacaqdır. İlkin hesablamalara görə, qoyulacaq vəsaitin həcmi 400 milyon manatdır və bu illər ərzində minlərlə yeni iş yeri açılacaqdır. Şəmkirçay su anbarı və elektrik stansiyası istifadəyə veriləndən sonra həm ucuz elektrik enerjisi əldə ediləcək, eyni zamanda, on minlərlə suvarılmayan yeni torpaqlara su veriləcəkdir. Şəmkir, Göygöl və Samux rayonlarının ərazisində suvarma məsələləri öz həllini tapacaqdır. Bu da özlüyündə yeni əkin sahələrinin işə düşməsinə gətirib çıxaracaq, kənd təsərrüfatı istehsalı artacaq, beləliklə, biz öz ərzaq təhlükəsizliyimizi daha çox təmin edəcəyik, daha çox kənd təsərrüfatı məhsulları ixrac edəcəyik".
Dəryaçanın inşası "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə həvalə olundu. Vəsait buraxıldı. Tender keçirildi. Tikinti təşkilatı müəyyən edildi. Bu, "Cengiz" türk inşaat-sənaye və ticarət şirkətidir.
Dəryaça geniş ərazini əhatə edəcək, Daşkəsənlə Gədəbəy rayonlarının qovşağına qədər uzanacaq, ümumi tutumu ilkin məlumata görə, 160 milyon kubmetr olacaq, su səthinin sahəsi 504 hektara, maksimum dərinlik isə 122 metrə çatacaqdır. Bəndin hündürlüyü 190 metr olacaqdır! Dəryaçada altı aqreqat quraşdırılacaq və ildə azı 56 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir. Ona görə də bu yerlərdə nəhəng dəryaçanı bolluq-bərəkət çeşməsi, işıq və nur mənbəyi adlandırırlar.
Təməl qoyulandan bəri üç il keçib. Bu müddət ərzində mühüm obyekti dəfələrlə gəzmişik. Hər dəfə də çoxlu yeniliyin şahidi olmuşuq.
"Cengiz" şirkətinin məsul işçisi Mehmet Səlahəttin Yazıçı ilə Gülgün dağının uca zirvəsində dayanıb ətrafı seyr edirik. Dağların, dərələrin arasında iş bulaq kimi qaynayır. Müxtəlif markalı texnika aramsız işləyir. Maşınlar belədən-beləyə şütüyür. Sarı geyimli ustalar qaynaq, hamarlama işləri aparırlar. Həmsöhbətim deyir ki, hər gün burada təqribən min nəfər usta-fəhlə çalışır. İki yüzə qədər texnika işləyir. İşlər çox ahəngdar gedir. Mehmet bəy obyektin təməli qoyulandan burada çalışır. Qonaqsevən, mehriban adamdır. Görülən işlər barədə ətraflı məlumat verir. Belə bir layihənin icrasının onlara etibar edilməsindən böyük razılıqla danışır. Bu etimadın şərəflə icrası üçün əlindən gələni elədiklərini bildirir.
Hara baxırsan, bir yeniliyin, xoş bir işin şahidi olursan. Hamısını cəmləmək, əhatə eləmək heç də asan deyildir. Nə yaxşı ki, qərargahda bizə rəsmi arayış təqdim etdilər. Burada əsasən inşası başa çatan irili-xırdalı obyektlərin adları göstərilir. Bəndin təməlində qazma işləri başa çatıb. Bu nəhəng obyektin özülü əsasən su keçirməyən gil nüvədən, narın və incə süzgəcdən, habelə qaya dolğudan ibarətdir. 190 metrlik bəndin 78 metrlik hissəsində tikinti-quraşdırma işləri görülüb.
Nəhəng dəryaçanın ən önəmli hissəsi tunellərlə bağlıdır. Üç tunel nəzərdə tutulmuşdu. Üçü də hazırdır.
İstehsal ediləcək elektrik enerjisinin Şəmkir stansiyasına ötürülməsi üçün 27,5 kilometr havaötürücü xətt quraşdırılıb. Elektrik stansiyasının binası da qurulub. Hazırda bir sıra yerlərdə tamamlama işləri görülür.
...Gəncədən gələndə yolboyu iki qoşa su kəmərini gördük. Biri içməli su üçündür. İri diametrli borularla Gəncəyə doğru uzanır. Şəhərə çatmağına az qalır. Digəri isə suvarma suyu üçün nəzərdə tutulub. Açıqtipli kanaldır. Nahar fasiləsində işıqlı, yaraşıqlı yemək otaqlarında geniş süfrələr açılır. Burada hər gün bütün işçilərə isti yemək verilir. Fəhlə və ustalar göstərilən qayğı və diqqətdən çox razıdırlar.
"Azərbaycan" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda daha bir böyük layihə - FOTO
19 May 2012 13:06
Baxış: 1 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə 09:00-dan qaz KƏSİLƏCƏK
-
Prezidentin tapşırığı ilə Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır - FOTO
-
Günün qoroskopu: həyatınıza bir az romantika və yaradıcılıq daxil ola bilər
-
Lalə Azərtaşın verilişi də bağlandı
-
Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub - FOTO
-
Şantajın iç üzü açıldı: “Alena Əliyeva” kampaniyası necə böyük yalan üzərində qurulub? - VİDEO
XƏBƏR LENTİ
-
Bu ərazilərdə 09:00-dan qaz KƏSİLƏCƏK
-
Qvardiola bu göstəricidə görə Ferqyusonu keçdi
-
Prezidentin tapşırığı ilə Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır - FOTO
-
Prezident İlham Əliyevlə Almaniya kansleri arasında telefon danışığı olub
-
Ən yaxşı çay hansı dəmlikdə hazırlanır?
-
Mühərrikin çökməmişdən əvvəl sizə göndərdiyi siqnallar
-
"Qızıma görə onu da ataram"
-
Yuyulan paltarı ütüləməyə ehtiyac qalmayacaq: bu vasitəni sınayın
-
"Buna görə Alim Qasımovun evinə gedəndə uzun ətək geyindim"
-
Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
-
Ehtiram Hüseynov qızlarından danışdı
-
Ataların qida rejimi hamiləliyə təsir edir - YENİ ARAŞDIRMA
-
İran Laricaninin öldürüldüyü təsdiqlədi
-
Ağdamda ağır qəza - ölən və yaralananlar var - YENİLƏNİB - FOTO
-
Tramp: "Makron tezliklə vəzifəsindən gedəcək"
-
“Budyo-Qlimt” ÇL-də çıxışını dayandırıb
-
Gürcüstanda matəm elan edildi
-
Binəqədidəki güclü yanğın məhdudlaşdırıldı - YENİLƏNİB - VİDEO - FOTO
-
Xalq artisti 19 yaşlı sevgilisindən ayrılıb eks-arvadı ilə barışdı - FOTO
-
Murad Dadaşova nə olub? - FOTO
-
ÇL-in finalına baxmaq üçün nə qədər pul lazımdır? - UEFA qiymətləri açıqladı
-
Günün qoroskopu: həyatınıza bir az romantika və yaradıcılıq daxil ola bilər
-
Lalə Azərtaşın verilişi də bağlandı
-
Sabirabadda qəza - 10 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO








