Cəmiyyət

Körpələr evi-uşaq bağçasında PROBLEM - Azərbaycan bölməsi üzrə 80, rus bölməsi üzrə 100 manat...

13 Oktyabr 2023 21:30
Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

82 saylı körpələr evi-uşaq bağçasından narazılıq var.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Valideynlərdən biri bildirib ki, aprel ayından bu yana bağça onların şikayətlərini ciddiyə almır:

"Hər dəfə direktorla görüşmək istəsəsək də, direktorun gah işdə olmadığını, gah da məzuniyyətdə olduğunu əsas gətirirlər. Bağça dövlətindir, amma buna baxmayaraq, bağçanı sahiblənib, uşaqları bağçaya qəbul etmək üçün özlərinə uyğun məbləğlər təyin ediblər. Bağçaya gələn uşaqların valideynlərindən Azərbaycan bölməsi üzrə 80 manat, rus bölməsi üzrə isə 100 manat tələb olunur. Əgər uşaq bir ay bağçaya getməsə belə, valideyn bu məbləğin yarı hissəsini ödəməlidir. Bunlardan əlavə, bağçada istifadə olunan təmizlik vasitələrini valideynlərdən tələb edirlər".

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ilə əlaqədar müvafiq araşdırma aparılacaq:

"Araşdırmanın nəticələri barədə məlumat veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.