Cəmiyyət

Bakı-Təl-Əviv-Bakı reysi ləğv edildi

9 Oktyabr 2023 20:28
Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsraildə, o cümlədən, "Ben Gurion" Beynəlxalq Hava Limanının ərazisində qeyri-sabit vəziyyət və raket hücumları ilə əlaqədar "Azərbaycan Hava Yolları" aviaşirkətinin oktyabrın 10-na planlaşdırılan Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reysi ləğv edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi aviaşirkətin ən yüksək prioritetidir.

Xatırladaq ki, AZAL-ın Təl-Əvivdəki "Ben Gurion" Beynəlxalq Hava Limanına və əks istiqamətdə reyslərinin sərnişinlərinə oktyabrın 7-dək əldə edilmiş, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletlərin dəyərinin 30 noyabr 2023-cü il tarixi daxil olmaqla "involuntary" proseduru çərçivəsində geri qaytarılmasına və ya istənilən digər tarixlərə yenidən bronlaşdırılmasına icazə verilir.

Növbəti uçuşlar haqqında məlumat ictimaiyyətə KİV və aviaşirkətin rəsmi sosial şəbəkə səhifələri vasitəsilə əlavə olaraq təqdim ediləcəkdir.

Həmçinin əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.