Cəmiyyət

Söyüdlüdə sakinlərlə görüş keçirilir

28 Sentyabr 2023 13:03
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvlərinin kənd sakinləri ilə növbəti görüşü keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüş çərçivəsində "Micon" Beynəlxalq Monitorinq Şirkətinin apardığı monitorinqin nəticələri təqdim olunur.

Qeyd edək ki, Komissiyanın sədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. Komissiyanın tərkibinə Dövlət Su Ehtiyatları Agentliyinin sədri, səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.