Bilik, yoxsa tıxac günü? - Çıxış yolları...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün demək olar ki hər kəs Bakı yollarındakı tıxacdan danışır. Sosial şəbəkə istifadəçiləri, xüsusən də universitetə, məktəbə getməyənlər tıxaclardan gileylənir, jurnalistlər bu mövzu barədə ekspertlərin rəyini alır, sujetlər, yazılar hazırlanır, yüzlərlə insan işə gecikir. Bu günün gəlməyinə sevinənlər deyəsən təkcə məktəblilər və birinci kurs tələbələridir.
Hamı Bakıda tıxacların artmasını bilik günü ilə əlaqələndirir. Sözsüz ki, bir şagirdi birinci sinifə aparmaq üçün dörd nəfərin onunla birlikdə getməsi tıxacı artıran amildir. Amma, məsələ burasındadır ki, Bakıda tıxac bugün peyda olmayıb. Dünən də var idi, bugün də var, sabah da olacaq. Artıq Bakıda tıxac ancaq pik saatlarda deyil, günün istənilən saatında olur.

Pik saatlarda tıxacların yaranmasının səbəbi aydın məsələdir ki, hər kəsin eyni vaxtda işə getməsi ilə əlaqədardır. Adi vaxtlarda yaranan tıxacların səbəbi isə əsasən yolda baş verən qəzalar, işıqforun işləməməsi, hansısa avtomobilin xarab olaraq yolda qalması, qaydaları pozan sürüclərin avtomobili harda necə gəldi saxlaması, bəzi yollarda avtobuslar üçün dayanacaqların yolun hərəkət hissəsində qurulması və başqa bu kimi səbəblərdir.
Tıxaclardan necə qurtulmaq olar?
Pandemiya zamanı məhdudlaşdırıcı tədbirlər nəticəsində yollarda yaranan boşluq, ictimai nəqliyyatdakı rahatlıq sübut etdi ki, tələbələr və məktəblilər olmayan zaman tıxaclar daha az olur. Həmçinin yay tətilində də bunun şahidi oluruq. Buradan belə nəticəyə gəlmək olar ki, məktəblərin əsas yollardan kənarda tikilməsi daha məqsədəuyğun olar. Çünki, övladını götürmək üçün yolun hərəkət hissəsində avtomobilini saxlayan hər sürücü yolda tıxaca səbəb olur. Məsələn Azadlıq prospektindəki, İstiqlaliyyət küçəsindəki sıxlıqların əsas səbəbi oradakı məktəblərdən uşaqlarını avtomobillə götürərkən qaydapozan valideynlərdir. Bundan başqa universitetlərin də bölgələrə köçürülməsi və ya universitetlər şəhərciyinin tikilməsi tıxacdan qurtuluş yolu ola bilər. İş saatlarının dəyişdirilməsi, insanların müxtəlif saatlarda işə getməsi də bu məsələnin həllində vacib amildir. Tıxacsız Bakı üçün yeganə çıxış yolu isə sürücülük vəsiqəsinin verilməsi qaydalarının sərtləşdirilməsidir.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)





