Cəmiyyət

TikTok-da canlı yayım açan sürücü ilə bağlı QƏRAR VERİLDİ

10 Sentyabr 2023 19:20
Baxış: 1 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman TikTok platformasında canlı yayım açmasına dair görüntülər yayılıb.

Məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Milli.Az-a verilən xəbərə görə, məsələ  dərhal araşdırılıb.

Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.