Cəmiyyət

Sosial şəbəkələrdə yeni dələduzluq üsulu aşkar edilib - VİDEO

7 Sentyabr 2023 12:09
Baxış: 1 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkə dələduzları indi də başqasının adından istifadə edərək öz fəaliyyətlərini davam etdirmək istəyirlər. Onlar real insanların fotolarından istifadə edərək mesajlaşır, pul və digər tələblər irəli sürürlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, belə halla qarşılaşanlardan biri də Sünbül Hüseynovadır.

Sünbül Hüseynova deyib ki, etdiyi xəbərdarlıqdan sonra onun şəklini silib başqa birinin fotosunu paylaşıblar.

Oxşar hadisə Xəyalə Şahlarlının da başına gəlib. Onun adına saxta həm "facebook", həm də "Instagram" profili açaraq, dələduzluqla məşğul olublar və onun yaxınlarına müxtəlif məzmunlu mesajlar da göndəriblər.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev deyir ki, hər hansı bir şəxsin adından, etibarından istifadə edən dələduzlar həm də qarşı tərəfə müxtəlif virtual viruslar ötürə bilərlər. 

Ekspert deyir ki, belə hallarla mübarizə aparmağın yeganə yolu həmin sosial şəbəkəyə müraciət ünvanlamaqdır.

Xatırladaq ki, hər hansı şəxsin adına hesab açılaraq təhqir, şərəf və ləyaqətin alçaldılmasına yol verilərsə, həmin dələduz Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən məsuliyyətə cəlb oluna bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.