Asan pul qazanmaq istəyənlərin DÜŞDÜYÜ TƏLƏ - XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar Tiktok, Teleqram və digər sosial şəbəkələrdə və digər platformalarda pul qazanma şəbəkələrinin etdiyi dələduzluqlarla bağlı çoxsaylı məlumatlar yayılır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu şəbəkələrə qoşulan şəxslər sistemə qoyduqları pulun müqabilində gündəlik gəlir əldə etdiklərini, lakin bir müddət sonra proqramın tamamilə bloklandığını və pullarını itirdiklərini deyirlər.
Sosial şəbəkə vasitəsilə üzləşdiyi hadisə barədə danışan, adının açıqlanmasını istəməyən çoxsaylı şikayətçilərdən biri "Tiktok işçi qrupu" adlı sistemə qoşulduğunu və aldadıldığını deyib: "Mən iyunda qoşuldum və 100 manat pul qoydum. Videoları bəyənməyə görə hər gün balansıma 4 manat gəlirdi. Həftədə 1 dəfə pulu çıxarmağa icazə verirdilər. Sonra Vergilər Depertamentindən yoxlama gəldiyini bildirərək ödəniş etməyimizi istədilər, biz də ödəniş etdik. Sonra isə proqram tamamilə dayandı və pullarımız batdı".
Bildirilir ki, son vaxtlar bu kimi dələduzluq növü geniş yayılıb. Təkcə "instpovver" şəbəkəsi üzərindən Azərbaycanda minlərlə insanın milyonlarla pulu ələ keçirilib. Fırıldaqçılar bu işdə burada açdıqları bank hesabları və kartlardan geniş istifadə edirlər.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevdən saytımızın sorğusuna cavab olaraq bildirildi ki, sosial şəbəkələrdə dələduzluq hallarına qarşı mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır: "Vətəndaşlardan daxil olan və polis əməkdaşları tərəfindən aşkar olunan dələduzluq faktları araşdırılır. Vətəndaşların tanımadığı şəxslərə və etibar etmədiyi şirkətlərə onlayn qaydada ödəniş etməmələri tövsiyə olunur. Qeyd olunan məsələ ilə bağlı hazırda araşdırma aparılır".
Milli.Az


DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
XƏBƏR LENTİ
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib





