Cəmiyyət

Qızmar isti beyini qurudur?

24 Avqust 2023 04:03
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlərin isti havaları ürək-damar və beyin xəstəliklərini tətikləyə bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlər anomal istilərin kasıb əhali və yaşlı insanların beyin sağlamlığı üçün təhlükəli olduğunu müəyyən edib.

Belə ki, ABŞ_da yoxsul məhəllərdə yaşayan 60 yaşdan yuxarı təqaüdçülərin beyninin koqnitiv funksiyası yaşlı zəngin insanlara nisbətən zəifləyib.
Alimlər bunun səbəbni varlıların həyətində daha çox yaşıllıqların, bitki, su, hovuz, kölgəlik olması ilə izah edib.

İsti hava orqanizm üçün stresdir. İsti mühitdə, gün altında qalan yaşlı insanların koqnitiv funksiyaları zəifləyir. Onlar vaxtında həkimə də gedə bilmir. Belə havanı normal keçirmək üçün şərait komfortu olmalıdır. Bu da əksər təbəqədə yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.