Cəmiyyət

Yeni Parkinq proqramını öyrənə bilməyənlər MÜTLƏQ İZLƏSİN - VİDEO

12 Avqust 2023 14:31
Baxış: 1 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq paytaxtın bəzi ərazilərində yeni parkinq sistemi tətbiq edilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, lakin hələ də, yeni parkinq sistemini mənimsəyə bilməyən və ümumiyyətlə bu sistemdən məlumatsız sürücülər var.

Məlumat üçün bildirək ki, indi sürücülər həmin ərazilərdə avtomobil park etmək üçün əvvəlcə ''azparkinq'' adlı proqram yükləməlidirlər. Bundan sonra onlar olduqları ərazidə boş yer tapıb, avtomobillərini park etməlidirlər.

Ancaq bu proses göründüyü kimi bəzi sürücülərə çətin gəlir. Onlar hələlik tətbiqin işləmə funksiyasını tam mənimsəyə bilmədiklərini deyirlər. 

Qeyd edək ki, yeni qaydalara əsasən parkinq olan ərazilərdə nağd pul ödəmək qadağan edilir. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanıb.

Qiymətlər isə Bakı şəhərində ərazidən asılı olaraq hər saata görə 0.30 AZN-dən 1 AZN arasında dəyişir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.