Cəmiyyət

Artırılan cərimələrə cəmiyyətdən REAKSİYA - VİDEO

19 İyul 2023 15:52
Baxış: 2 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, yolda sürət həddini aşmağa görə cərimələr artırıldı.

Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimələr 150-dən  200 manat məbləğinə artırılıb. Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşan sürücülər isə 300 manat məbləğində cərimə ödəyəcəklər..

Milli.Az bildirir ki, yol hərəkəti qaydaları üzrə ekspert Aslan Əsədovun Xəzər TV-yə dediyinə görə, yüksək sürətə görə cərimə sanksiyasının artırılması effektli olacaq.

Təsdiq edilmiş qaydalarda o da var ki, birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin cəriməsi isə 150 manata qaldırılır. Narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülər isə 600 manat cərimə və 6 ay sürücülük hüququndan məhrum ediləcək.

"Sürücülər də hesab edir ki, cərimə məbləğinin artırılması, tez-tez sürət həddini aşanların qarşısını alacaq".

Qeyd edək ki, aparılan təhillər zamanı müəyyən edilib ki, ən çox ölümlə nəticələnən qəzalar məhz cəriməsi artırılan inzibati xəta növlərində baş verir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.