Cəmiyyət

Baş Prokurorluq ağaclara qənim kəsilən MTK-lara cəriməni qəpiyinə qədər ödətdirir - VİDEO

8 İyul 2023 21:20
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tikinti şirkətləri tərəfindən qanunsuz ağacların kəsilib yerində bina tikilməsi faktları dəqiqliklə araşdırılır. Hətta dəymiş zərər MTK-rəhbərlərinə qəpiyinə qədər ödətdirilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,bunu Baş Prokurorluğun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi "Ekologiyanin mühafizəsi" ilə balı mətbuat konfransında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.

O yarım il ərzində ağac kəsmə ilə bağlı 65 cinayət işi başlandığını, 108 məlumata isə baxıldığını bildirib.

İdarə rəisi onu da əlavə edib ki, yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması və qanunsuz ağac kəsmə nəticəsində dəymiş 1.5 milyon manat ziyan sahibkarlar və şirkətlər tərəfindən ödənilib.

Qeyd edilib ki, belə halların qarşısını almaq məqsədi ilə gəlcəkdə ağackəsmə faktına görə cəzalar ağırlaşdırıla bilər. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.