Cəmiyyət

7 il əvvəl tikilən bağça niyə istifadəyə verilmir? - VİDEO

7 İyul 2023 16:44
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtərdə 7 il əvvəl tikilən bağça hələ də istifadəyə verilməyib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Tərtərdə 2016-cı ildə rəsmi açılışı olan bağçanın qapıları  illərdir ki, açılmır.

"Adı uşaqların olsada amma bura bir dəfə də olsun uşaq ayağı dəyməyib."

Sakinlərin sözlərinə görə, uşaq bağçasının tikintisi 2014-ci ildə başlanılıb. 2016 cı ilin dekabr ayında rəsmi açılışı olub. Bildirilib ki, uşaq baxçasında dörd oyun və dörd yataq otağı, mətbəx, tibb otağı, akt zalı, kompüter və digər texniki otaqlar var.

İki mərtəbədən ibarət olan baxça 100 yerlikdir. Sakinlər bir neçə ildir ki, tikintinin başa çatdığını, ancaq baxçanın istifadəyə verilmədiyini deyirlər.Buna görə də valideynlər məcbur olub uşaqlarını  ətraf ərazilərdə yerləşən baxçalara göndərirlər.

"Buda bir sıra çətinliklər yaradır."

Məsələ ilə bağlı Tərtər rayon İcra Hakimiyyətindən bildiriblər ki, baxca özəl sektora məxsusdur. Baxça pullu olduğu üçün sakinlərin maraq dairəsində olmadı. Yəni heç kim uşaqlarını ödənişli bağçaya qoymadı. Son illər isə rayon ərazisində bir necə dövlət bağçasının əsaslı təmir və yaxud da yenidən tikilərək istifadəyə verilməsi sözü gedən bağçaya marağı azaltdı.

"Bu səbəbdən də bağça tamamilə istifadəsiz qaldı."

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.