Hakerlər istifadəçilərin məzuniyyət planlarından istifadə edərək məlumatları oğurlayırlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kaspersky şirkəti məzuniyyət mövsümü zamanı elektron poçt vasitəsilə reallaşdırılan yeni fişinq üsulunu aşkar edib. Bu dəfə hakerlər kreativ strategiyadan istifadə edirlər. Belə ki, onlar özlərini HR menecerlər kimi təqdim etməklə və şirkət işçisinə məzuniyyətə çıxmağı təklif etməklə şirkətin korporativ məlumatlarını əldə etməyə çalışırlar. Bu və ya digər şirkətin əməkdaşına dələduz tərəfindən göndərilmiş məktubun mətni işçinin öncədən planlaşdırılmış məzuniyyəti ilə bağlı narahatlıq keçirməsinə və onu məktubdakı fişinq məqsədli linki klikləməyə məcbur etməyə hədəflənib.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər.

Bunun üçün işçiyə məktub guya onun çalışdığı şirkətin HR menecerinin adından göndərilir. Məktubun mətni isə bu cür olur : "Zəhmət olmasa işçi heyətinin təsdiqlənmiş illik məzuniyyət planı ilə tanış olun. Nəzərə alın ki, qırmızı rənglə işarələnmiş əməkdaşlar artıq məzuniyyət tarixlərini təyin ediblər. Sarı rənglə qeyd edilmiş əməkdaşların isə məzuniyyət tarixləri təyin edilməyib. Məzuniyyət tarixlərini ayın sonuna kimi cavab məktubu vasitəsilə təyin edib göndərin". Məktubdakı linkə daxil olan zaman işçiyə iş hesabının login və şifrəsinin təqdim edilməsi təklifi edilir. Bu məlumatlar daxil edildiyi zaman onlar hakerlərin əlinə keçir.

Bu cür məktubun dələduzluq sxemi ilə bağlı olub-olmadığını təyin etmək o qədər də çətin deyil. Belə ki, bu cür məktublar minlərlə istifadəçiyə göndərilir və əsasən məktublarda menecer ilə şirkət adları qeyd edilmir və ya qeyd edilsə də real adlarla üst-üstə düşmürlər. Bununla yanaşı bu cür məktublarda yerləşdirilmiş linklər şirkətin korporativ domeninə deyil, kənar domenə yönləndirilir. Dələduzlar sadəcə ümid edirlər ki, istifadəçilər öz məzuniyyət tarixlərinin təyin edilməsi məsələsində tələsik davranaraq linkə daxil olacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
-
6 rayona xidmət göstərən xəstəxanada KT aparatı niyə işləmir? - Sorğuya cavab
XƏBƏR LENTİ
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək - (Foto)
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
-
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
-
Versalın altmış günü: vaxtı tamam olan kimi ölən razılaşma
-
Türkiyədə polis idarəsinin həyətinə dron düşdü - (Video)
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu







